İranın Yəzd şəhərində 4 məscidin naməlum şəxs və ya şəxslər tərəfindən yandırıldığı açıqlanıb.
525.az İran mediasına istinadən xəbər verir ki, Yəzd şəhərinin Azadşəhr bölgəsində səhər saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən 4 məscid yandırılıb. Məscidlərə dəyən maddi ziyanın hələlik açıqlanmadığı bildirilən məlumatda polisin ətrafdakı təhlükəsizlik kameraları və digər şəxsiyyəti müəyyənləşdirmə üsullarından istifadə edərək hadisəni törədənləri müəyyən etməyə çalışdığı bildirilib.
Qeyd edək ki, rəsmilər hələlik məsələ ilə bağlı açıqlama verməyib.


Məhəmməd Tağıyev
çap et