525.Az

Azərbaycanın NATO-dakı nümayəndəsi: "Bəyanatın qəsdən pozulması hərbi əməliyyatların başlanmasına səbəb ola bilər"


 

Azərbaycanın NATO-dakı nümayəndəsi: "Bəyanatın qəsdən pozulması hərbi əməliyyatların başlanmasına səbəb ola bilər"<b style="color:red"></b>

"2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın qəsdən pozulması hərbi əməliyyatların başlanmasına səbəb ola bilər".

525.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə tviterdə yazıb.

O bildirib ki, Rusiya sülhməramlılarının dəstəyi ilə Ermənistan öz qoşunlarını Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Qarabağa köçürməkdə davam edir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi daha əvvəl Ermənistandan Rusiya sülhməramlı kontingentinin müşayiəti altında Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Qarabağa qanunsuz silah daşınmasına dair məlumat yaymışdı.

 





11.03.2023    çap et  çap et