525.Az

Lənkəranda iki yük avtomobili toqquşub, 1 nəfər yaralanıb


 

Lənkəranda iki yük avtomobili toqquşub, 1 nəfər yaralanıb<b style="color:red"></b> Lənkəranda yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə,  hadisə iyulun 11-də  saat 16.00 radələrində Ələt-Astara magistralının 203 kilometrliyində,  yolun Lənkəran rayonunun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Qazax rayon sakini, 34 yaşlı Ramin Fazil oğlu Həsənovun idarə etdiyi “Shaqman” markalı yük avtomobili Ələt istiqamətində hərəkətdə olarkən yolun ehtiyat hissəsində hərəkətsiz dayanmış, İran İslam Respublikasının vətəndaşı, 39 yaşlı Şahram Goranbanlının sükanı arxasında oturduğu “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə “Shaqman”ın sürücüsü Ramin Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 





11.07.2014    çap et  çap et