525.Az

Salyanda 15 yaşlı uşaq çayda boğulub


 

Salyanda 15 yaşlı uşaq çayda boğulub<b style="color:red"></b> Salyan rayonunda 15 yaşlı uşaq çayda batıb.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Salyan rayonu, Seyidsadıqlı kəndi ərazisində 1999-cu il təvəllüdlü Əmirağa Rza oğlu Rzayev Akkuşa çayında çimərkən batıb.
 
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Ə.Rzayevin cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 





11.07.2014    çap et  çap et