525.Az

Lukaşenko 17 ildən sonra Tehrana rəsmi səfər edib


 

Lukaşenko 17 ildən sonra Tehrana rəsmi səfər edib<b style="color:red"></b>

Belarus prezidenti Aleksandr Lukaşenko İrana rəsmi səfərə gedib.

525.az APA-ya istinadən xəbər verir ki, prezidentin təyyarəsi Mehrabad beynəlxalq hava limanına enib.

Sabah Aleksandr Lukaşenko Tehranda İran prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacaq.

Bundan əvvəl dövlət başçıları 2021-ci il sentyabrın 16-da Düşənbədə və bir il sonra Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammitləri çərçivəsində görüşüblər.

Bu, Belarus prezidentinin İrana üçüncü səfəridir.

Sonuncu səfər 17 il əvvəl baş verib.

 





12.03.2023    çap et  çap et