525.Az

Şekspir dünyası - Telman Orucov yazır


 

Şekspir dünyası - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

 

Şekspirin dövrü

 

Şekspir öz erasının məhsulu idi, həmin dövrün aparıcı mənzərəsindən ilham alırdı. Baxmayaraq ki, o, heç vaxt xronika yazan olmamışdı, lakin onun kral sarayının uğurlarına təbil çalması, tarixi pyeslərində Elizabetin özünün uğurlarına birbaşa işarə edilməklə, əks olunurdu. Axı sonralar da ingilislərin xeyli hissəsi, adətən, kralın, ya da kraliçanın ölüm xəbərini məhz Temza üzərindəki körpünün dağılması kimi qəbul edirdilər.

Şekspirin faciələr güzgüsü I Ceyms taxt-taca qalxdıqdan sonra ölkənin tutqun əhval-ruhiyyəsini ifadə edirdi. Onun müasir dövrə aid olan az saydakı düşüncələrini pyeslərində tapmaq mümkün idi.

Digər tərəfdən Şekspir, adətən, ancaq öz dövrü üçün danışırdı. Krallar daim öz xalqından etimad və kömək xahiş edir, allahdan isə özünə müdriklik və qüvvə diləyirlər. Şekspir isə güzgü əksi kimi bu dövrdəki qarışıq coşqunluğu, yenilikləri, şadlıqları və cəmiyyətin sürətlə dəyişməsinin könülü qorxudan cəhətlərini göstərməli idi. Şekspir barədə Ben Conson yaxşı demişdi. "O, öz dövrü üçün deyil, bütün zaman üçün idi".

Şekspirin dramaturqluğu I Elizabet və I Ceymsin hökmranlıqları ərzində və teatrın qeyri-adi populyarlığı şəraitində doğulmuşdu. Baxmayaraq ki, o, nəslinin ən yaxşı dramaturqu kimi etiraf edilmişdi, lakin şəxsən özü cəsarətli olsa da, tənha bir adam idi. Ona Kristofor Marlou təsir göstərmişdi. Ben Conson isə onun ardıcılı idi. O, həmçinin, elə müasirlərə malik idi ki, onların da şöhrəti heç də keçmişdə qalmamışdı. Şekspir illərində Londonda ən azı 500 dramaturq işləyirdi. Onların əsərləri Londonun yenicə qurulmuş daimi teatrlarının tələbatı ilə əhatə olunmuşdu. Rəqabət atmosferində dramaturqlar, əvvəllər heç vaxt İngiltərəyə tanış olmayan statusa yiyələnmişdilər.

Elizabet teatrı öz köklərini Orta əsrlərdən götürürdü. XI əsrdən başlayaraq kilsə sevimli müqəddəslərinin həyatından bəhs edən pyeslərin tamaşaya qoyulmasına həvəs göstərdi. Sonra, XIV əsrdə müxtəlif janrlardakı sehrli pyeslərin formaları meydana çıxdı, onlar əsasən, Xaça çəkilmə kimi Bibliya (İncil) mövzularına həsr olunurdu. Bir vaxtlar sehrli pyeslər yerli gildiyaların sponsorluğu ilə bol küçə tamaşalarına tərəf döndü. Ancaq daha çox katolik əsərləri kimi qiymətləndirildiyindən, Protestant İslahatı vaxtı, XVI əsrin ortalarında onlar qadağan edildi.

Həm də əxlaq pyesləri İngiltərədə qəzəb doğururdu. Bu pyeslər xeyir və şər arasındakı daimi vuruşu təsvir edirdi. Ləyaqət təbii olaraq Qüsur üzərində zəfər çalırdı, lakin təbəələrin geniş hissəsi alleqorik çıxarışlardan öz mənsubiyyətinə görə istifadə edə bilərdi. İmmiqrant aktyorlar çox vaxt qraflıqların kiçik mehmanxanalarında səsli-küylü kütlə qarşısında tamaşa göstərirdilər, bəzi truppalar isə həmçinin, Londonun gildiya zallarında və özəl evlərdəki səhnələrdə oynayırdılar. 1560-cı ildən başlayaraq varlı kübarlar və hətta monarx tərəfindən truppalar formalaşdırılırdı. Onlar aktyorları himayəyə götürürdülər. Əyalətlərə gedəndə onlar lovğalana bilərdilər ki, Kraliçanın Adamları və ya Derbi qrafının Adamları olan aktyorlardır.

Bəzi aktyorlar əllərini pyes yazmaqda sınayırdılar və pyeslər əxlaq mövzusunda olanların dar fokuslarından kənara çıxmağa başlayırdı. Oksfordun və Kembricin "universitet zəkaları" adlanan məzun qrupları Londonun qeyri-formal teatr dövrəsi üçün pyeslər yazmağa başlamışdılar.

1576-cı ildə Elizabet dövrünün dram əsərləri tamamilə yeni eraya qədəm basdı. Aktrisalar ölkənin saray salonlarında oynamaları ilə ilhamlanırdılar. Bir il ərzində Londonda ilk yeni teatr küçəsi yarandı. London Sitisinin şimalında digər teatrlar açıldı.

Lakin şəhərin puritan olan yaşlı adamları teatrları qüsurun beşiyi kimi qiymətləndirirdi, aktyorları isə səhnə üçün məşq etmələrinə görə aşağı həyatın nümayəndələri hesab edirdilər. Heç bir yeni pyes yaradılmış xüsusi senzuranın icazəsi olmadan oynanıla bilməzdi. Puritanlardan fərqli olaraq, onlar pyeslərdə "şirnikləndirici mahiyyət" axtarmırdılar. Qaydalar aydın idi: həssas siyasi və dini məsələlər limitdən kənara çıxmamalı idi və heç bir sağ olan ictimai xadim səhnədə göstərilə bilməzdi. Öz qələmini əhilləşdirə bilməyən bir sıra yazıçılar bu vaxt öz sonluğunu dustaqxanada keçirməli olmuşdular.

Yeni açılan teatrların tamaşaçı yeri 14 və ya hətta "Qlobus"da olduğu kimi 20 cərgədən ibarət idi, bundan əlavə üç mərtəbəli qalereya mövcud idi, orada olan yerlərə biletlər çox ucuz satılırdı. Teatra gələn kasıblar və ya "torpaq səthində olanlar" tamaşanı açıq havada seyr etməyə görə bir pens pul ödəyirdilər. Səhnənin öz qalereyası isə musiqiçilər tərəfindən istifadə olunurdu. Bəzi teatrlarda 3 minə qədər tamaşaçı olurdu. Soyuq qış aylarında tamaşa gündüz vaxtı göstərilirdi.

Teatrlar arasında intensiv rəqabət gedirdi. Şekspir ilk dəfə Londona gələndə bir neçə il "Qızıl gül" teatrında işlədi. Həmin teatrda Şekspirin ilk pyesi tamaşaya qoyuldu. 1592-ci və 1593-cü illərdə taun epidemiyası vaxtı teatrlar sarsıntıya məruz qaldılar və teatr sahibləri yeni hamilər axtarırdılar. Şekspir teatrdakı yenicə formalaşmış Lord Çemberlen Adamlarına qoşuldu.

Teatrlar birinci növbədə biznes tədbirləri ilə məşğul olurdu və Şekspir də zəruri qaydada varlanan adama çevrilmişdi. O, Londona gəldikdə İngilis Renessans ədəbiyyatı özünə məxsus yolla irəliləyirdi, yunan və roman klassiklərinə və bir az əvvəlki italyan və fransız ədəbiyyatına marağın bərpası ilə qidalanırdı. Bu yolun adı, poeziya idi. Bir poemada Elizabeti təmsil edən Qloriana, İngiltərə və İrlandiyanın Faerie adlanan mifik kraliçası kimi təsvir edilirdi. Dramaturq Tomas Kid özünün "İspan faciəsi" pyesində ingilis teatrında xalqın intiqam almasını göstərirdi. Lakin təəssüf ki, onun öz həyatı çox az xoşbəxt sayıla bilərdi. O, 1593-cü ildə xəyanətə görə həbs edildi və işgəncələrə məruz qalmalı oldu, 36 yaşında olan bu adam sonrakı ili öldü.

London səhnəsinin ulduzu 1580-ci illərin sonu, 1590-cı illərin başlanğıcında Marlounun "Torba" pyesi idi. O, Şekspirin həmyaşıdı idi. Ondan iki ay əvvəl anadan olmuşdu. Şekspir isə həmin vaxt hələ şagird hesab olunurdu, Marlou isə artıq məşhur dramaturq idi. Onun 23 yaşı olanda iki hissədən ibarət "Böyük Tamerlan" (ingilislər Teymurləngi belə adlandırırdılar) pyesini yazmışdı. Əsərdə XIV əsrin Mərkəzi Asiyası təsvir olunurdu. Pyes ilk dəfə tamaşaya qoyuldu və böyük uğur qazandı. O, həmçinin, "Faust", "Maltalı yəhudi" və digər pyesləri yazmışdı. Marlou təhlükələrlə dolu olan bir həyat yaşayırdı, vaxtının çoxunu tavernalarda, royalist casusların arasında keçirirdi. 1593-cü ildə 29 yaşında o, qətlə yetirildi.

1603-cü ildən kral olan I Ceyms Lord Çemberlen Adamlarına hami olmaq təklifini etdi. İldə onlar sarayda 20 tamaşa göstərirdilər. Sonra onlar adlarını dəyişdilər. Yeni monarxın hakimiyyəti altında teatr dəyişikliyə məruz qaldı. Elizabet və Ceykobian dramaları arasındakı fərq kampaniyanın adlarına görə deyil, ancaq populyar olan pyeslərə görə idi. Populyar Elizabet teatrı nikbinliyi ilə fərqlənirdi, pyeslər daha yaxşı gələcəyin olacağını güman edirdilər. Şekspirin Elizabet dövrü komediyaları, adətən, şən və qayğısız idi. Əksinə, Ceykobian teatrı isə daha tutqun mənəviyyatlanmış və özünü analiz kimi olan mövzulara müraciət edirdi. Şekspirin sonrakı komediyaları bu əhval-ruhiyyəyə təsir göstərirdi. Uaytholl sarayındakı şam işığında göstərilən tamaşalar populyarlığın artmasına kömək edirdi.

Şekspir özünün böyük faciələrini Ceymsin hakimiyyətinin erkən dövründə yazmışdı, müasirlərinin işində olan zorakılığı, şəri, şəhvəti və könülü çuğlayan məhəbbəti, dəliliyi, gözəlliyi və ümidi təsvir edirdi. Ben Conson onun cana titrətmə salan komediyalarını xüsusilə qeyd edirdi. Homerin "İliada" və "Odisseya"sını tərcümə etməklə ingilis ədəbiyyatında özünə yer tutan Corc Çapman, həmçinin, bir neçə faciə yazmışdı. Digər yazıçılar, həmçinin, komanda şəklində işləyirdilər ki, əsərlərini teatrlara ötürə bilsinlər.

Kral Ceyms 1625-ci ildə öldükdən sonra onun bədbəxt taleli olan oğlu I Karl teatrdan çox rəssamlıqla maraqlanırdı. Sonra 1642-ci ildə Puritanların təsiri ilə Parlament bütün teatrları bağlamaq göstərişini verdi.Vətəndaş müharibəsi dövründə və kral hakimiyyətinin ləğv edildiyi dövrdə (Interregnum-da) teatrların əksəriyyəti məhv edildi. Bərpanın meydana gəlməsi (söhbət Monarxiyanın bərpasından gedir) ilə ictimai əyləncələr 1660-cı ildən yenidən həyata qayıtdı. Həm də Londonun teatra olan sevgisi yenidən dirildi. Yeni pyeslər yazılmaqla yanaşı, köhnələr də həyata qaytarıldı. Şekspir də, həmçinin, yenidən səhnəyə qayıda bildi.

 

Şekspir irsi

 

Əgər bu məlumat 1623-cü ildə dərc olunsaydı, bəlkə də, Şekspir heç vaxt ingilis dilli ədəbiyyatda ən böyük yazıçı yerini tuta bilməzdi. Onun ölümü vaxtı 36 pyes yazdığı deyilirdi. Onlardan 18-i çap olunsa da, digərləri çap olunmamışdı. Şekspirin xoş taleyi, onun loyal dostlara və pərəstişkarlara malik olmasına əsaslanırdı. Onlar dramaturqun reputasiyasını qoruyub saxlaya bilmişdilər. İki kolleqası onun "Komediyaları, tarixi pyesləri və faciələri" daxil olan 36 əsərini öz redaksiyalarında çap etdirmişdilər. İlk folioya görə "Şekspir" sözü konsepsiya və ifadə bildirən bir brend kimi doğulmuşdu.

Şekspir öz pyeslərinin çap olunmasından heç nə qazanmırdı, çünki onlara teatr kompaniyaları sahiblik edirdi. Hətta kompaniyanın payçısı olanda da, bir nəşrə görə o, pul itkisinə məruz qalmışdı. Onun pyesləri rəqib kompaniyalar tərəfindən səhnəyə qoyulurdu.

Şekspirin reputasiyası, onun pyesləri uyğunlaşdırılmaya məruz qalmaqla "yaxşılaşdırılanda" da ziyan çəkirdi. Bir sıra faciələri auditoriyaya "xoşbəxt sonluq" əlavə olunmaqla təqdim olunurdu. Dörd əsr sonra "xoşbəxt sonluq" amerikan filmlərini populyarlığını artırdığı halda, Şekspirin nüfuzuna yalnız xələl gətirirdi. Yaxşı ki, XVIII əsrdə Samyuel Conson və Eduard Keppel bu haqsızlığı düzəldə bildilər.

Bəziləri isə yazırdı ki, poeziya ustası olmaqla onun sənəti yeni dəb yaratmışdı. Digər cəhətdən, dramaturq həm də sənətkar olmaqla, dünyanı öz ağlının köməyi ilə müşahidə etdiyi kimi, ifadə şəklində istifadə eməyə üstünlük verirdi. O, minlərlə xətt üzrə yaza bilərdi. Bəziləri də qeyd edirdi ki, tarixi adlandırılan bir sıra əsərləri və hətta müəyyən komediyaları real olaraq faciə idi, onların arasında komediya qarışığı da olurdu. Şekspir sadə bir prosesin içində janrları bir-birinə qarışdırırdı. Ona görə də onun bir sıra pyesləri romance - romantika adlanırdı.

Şekspirin sevdikləri əsərləri, bir şair kimi oxucularına və pyes kimi ona qulaq asılacağına ünvanlanmalarına görə bölünürdü. Onun teatr "ifrata varmaları" bəzi tənqidçiləri narahat edirdi. Hətta Şekspirin böyüklüyünün geniş şəkildə qəbul olunmasına baxmayaraq, bəzi görkəmli yazıçılar bu xora qoşulmaqdan imtina edirdilər.

XVIII əsrin böyük fransız mütəfəkkiri Volter demişdi ki, Şekspir "təbii və dəyişkəndir, lakin yaxşı zövqün sadə qığılcım olmaqla, o qədər də çox deyildir və ya bilirdi ki, dramanı təkcə o, özü idarə edir". Lakin ingilis dahisini sərt qaydada qiymətləndirənlər də var idi. Bir əsr sonra böyük rus yazıçısı L.N.Tolstoy isə ilk dəfə Şekspiri oxuyanda narazı qalmışdı: "Mən nəinki heç bir sevinc hiss etmədim, həm də müqavimət göstərə bilmədiyim acığım gəlməklə, onu darıxdırıcı gördüm". O, Şekspirin pyeslərini, xüsusən "Hamlet"i pis əsər sayırdı, bir dəfə digər böyük rus yazıçısı A.P.Çexova demişdi ki, onun əsərlərində heç nə yoxdur, pyesləri pisdir, səninkilərsə onlarla müqayisədə daha pisdir.

 

(Ardı var) 

 





13.03.2023    çap et  çap et