525.Az

“Dedi, bizi təlimə aparacaqlar, ancaq formam böyükdür”


 

“Dedi, bizi təlimə aparacaqlar, ancaq formam böyükdür”<b style="color:red"></b>

Bu gün haqqında söz açacağım qəhrəman Vətən müharibəsi şəhidi Ağdam rayonundan olan Orxan Vaqif oğlu Dadaşovdur.

Orxan Dadaşov 1996-cı il fevralın 25-də Ağdam rayonunun Mirəşelli kəndində anadan olub.2002-ci ildə Bənövşələr kənd tam orta məktəbinin I sinfinə qəbul olub və 2013-cü ildə həmin məktəbin XI sinifini bitirib. Azərbaycan Ordusunun əsgəri olan Orxan Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Şəhidin anası Dadaşova Gülnarə xanım deyir ki, onların ailəsində şəhidlə birgə 4 övladı olub:

“Üç oğlan, bir qız. Böyük oğlum Raqif, ortancıl Saleh, şəhidimiz Orxan və əkiz bacısı Əfsanə. Orxan uşaq vaxtı çox nadinc idi. Həmişə deyirdi, ana, mən böyüyəndə sizi özüm saxlayacağam. İşləyib özümə arzusunda olduğum evi quracağam. Həmişə deyirdi ki, 28 yaşadək evlənəcəyəm. Uzun illər tikintidə fəhlə işləyirdi oğlum, sonra isə Bakıya işləməyə getmişdi. Çox zəhmətkeş, ailəsinə bağlı oğul idi”.

Şəhidin qardaşı Saleh bəy deyir ki, mənə dedi ki, tez gəl, bizi təlimə aparacaqlar, ancaq formam böyükdür:

“Ağcabədiyə Taxta körpüyə aparmışdılar. Dedi ki, biz qabağa gedirik. Gedim-gəlim özümüzə bir gün-güzaran edək. Bakıda ev tikmək istəyirdi. Deyirdi, sən ana-atamla qal, onlardan muğayət ol.

2020-ci oktyabrın  29-u burada minomyot yükləyirdik, hərbçilərə kömək edirdik. Səhərisi günü qardaşım cəbhəyə getdi, özüdə gecə saatlarında”.

Yekun olaraq şəhid Orxan Dadaşovun valideynləri deyir ki, Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah şəhid ailələrinə, yaxınlarına səbr versin. Qazilərimiz tezliklə şəfa tapsın, amin!

Azərbaycan Ordusunun əsgəri olan Orxan Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Dadaşov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Orxan Dadaşov ölümündən sonra "Vətən uğrunda", Qubadlının azad olunmasına görə", “Laçının azad olunması” medalları  və “Üçüncü dərəcəli vətənə xidmət ordeni”  ilə təltif olunub.

Ruhun şad olsun, əziz qardaşım!


 

 





05.03.2023    çap et  çap et