525.Az

Almaniyada 2022-ci ildə jurnalistlərə qarşı 320 cinayət törədilib


 

Almaniyada 2022-ci ildə jurnalistlərə qarşı 320 cinayət törədilib<b style="color:red"></b>

Almaniyada 2022-ci ildə jurnalistlərə qarşı 320 cinayət törədildiyi bildirilib.

525.az xəbər verir ki, Almaniya hökumətinin Sol Partiyasının parlament sualına verdiyi cavabda 2022-ci ildə ölkə üzrə jurnalistlərə və media işçilərinə qarşı 320 cinayətin törədildiyi bildirilib. Cavabda onlardan 46-nın zorakılıq, 41-nin hədə-qorxu, 31-nin əmlaka ziyan vurma, 27-nin isə ictimai təxribat törətmək olduğu qeyd edilib. 2021-ci ildə jurnalistlərə qarşı 276, 2020-ci ildə isə 260 cinayət olub.

Qeyd edək ki, jurnalistlərə edilən bütün hücumlar polisə bildirilmədiyi üçün bu rəqəmin daha çox olduğu güman edilir.

Məhəmməd Tağıyev

 





13.03.2023    çap et  çap et