525.Az

Məşhur reper konsert zamanı vəfat edib


 

Məşhur reper konsert zamanı vəfat edib<b style="color:red"></b>

Məşhur cənubi afrikalı reper Kosta Tiç Yohannesburqda keçirilən musiqi festivalında konsert zamanı vəfat edib.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, Yohannesburq Sərgi Mərkəzində (NASREC) keçirilən Ultra Musiqi Festivalında çıxış edən Kosta Tiç konsert zamanı iki dəfə huşunu itirərək yıxılıb.. 

Tiç həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib. Kosta Tiçin ailəsindən verilən açıqlamada 28 yaşlı sənətçinin ölümü təsdiqlənsə də, ölüm səbəbi ilə bağlı məlumat paylaşılmayıb. 

Qeyd edək ki, əsl adı Constantinos Tsobanoglou olan gənc sənətçi bütün qitədə, xüsusən də Cənubi Afrikada məşhur musiqiçi idi.

Malik Atilay

 





14.03.2023    çap et  çap et