525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında iyulun 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumat verilib.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə  isti olacaq.
 
Azərbaycanın rayonlarında sabah əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
 





12.07.2014    çap et  çap et