525.Az

Müller: "Messiyə qarşı heç bir oyunda uduzmamışam"


 

Müller: "Messiyə qarşı heç bir oyunda uduzmamışam"<b style="color:red"></b>

"Finalda hansı komandanın qələbə qazanacağını bilmirəm. Amma Braziliya ilə matçdakı kimi birinci hissəni 5:0 hesabı ilə öndə bitirəcəyimizi düşünmürəm. Argentina ilə görüş Əlcəzair və Fransa oyunları kimi çətin olacaq. Dünya kubokunu qazanmaq üçün finalda əlimdən gələn hər şeyi edəcəm".

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Almaniya millisinin futbolçusu Tomas Müller DÇ-2014-ün finalında Argentina ilə oyun öncəsi deyib.

Rəqibin hücumçusu Messi haqda da danışan Müller ona qarşı heç vaxt uduzmadığını deyib:

"Qarşılaşma ərzində müdafiədə diqqətli oynamalıyıq. Çünki Messini zərərsizləşdirmək asan deyil. Messiyə qarşı bir neçə matçda oynamışam və ona heç vaxt uduzmamışam".

 





12.07.2014    çap et  çap et