525.Az

Yaponiya NATO-ya kömək edəcək


 

Yaponiya NATO-ya kömək edəcək<b style="color:red"></b>

Yaponiya hakimiyyəti NATO ölkələrinə zəlzələlərdən əziyyət çəkən Türkiyəyə humanitar yüklərin çatdırılmasında kömək etmək üçün Özünümüdafiə Qüvvələrinə məxsus təyyarə göndərmək qərarına gəlib.

525.az "Lent.ru"ya  istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilib.

Qeyd olunub ki, təyyarə çərşənbə axşamı Türkiyəyə çatdırılması lazım olan humanitar yardım partiyasının yerləşdiyi Pakistana uçacaq. Bundan əlavə, Yaponiya hakimiyyəti zəlzələlərin nəticələrinin aradan qaldırılması ilə bağlı bilik və təcrübələrini NATO ilə bölüşmək niyyətindədir.

Yaponiya bundan əvvəl də Türkiyəyə həkimlər və xilasedicilərdən ibarət qrup, həmçinin bir neçə humanitar yardım təyyarəsi göndərib.

Havar Şəfiyeva

 





14.03.2023    çap et  çap et