525.Az

6 ay Ukrayna qüvvələrindən gizlənən rus əsgəri həbs edilib


 

6 ay Ukrayna qüvvələrindən gizlənən rus əsgəri həbs edilib<b style="color:red"></b>

Ukrayna təxminən 6 aydır Xarkovda tərk edilmiş binalarda gizləndiyi bildirilən rus əsgərinin tutulduğunu açıqlayıb. 

525.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən 42 yaşlı əsgər polis qrupları tərəfindən Kupyansk-Vuzlovıy rayonunun kəndlərində patrul xidməti apararkən saxlanılıb. 

Əsgərin Rusiyanın 27-ci Qvardiya motoatıcı briqadasından olduğu açıqlanıb.

“Saxlanılan şəxs Ukrayna Silahlı Qüvvələri tərəfindən Kupyansk vilayətinin azad edilməsindən sonra gizləndiyini iddia edib”, - Ukrayna polisinin bəyanatında deyilib. Mülki geyimdə şəkli paylaşılan şəxsin 6 ay necə gizləndiyi hələlik məlum deyil.

Malik Atilay

 





14.03.2023    çap et  çap et