525.Az

Azərbaycan və Honduras arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib


 

Azərbaycan və Honduras arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib<b style="color:red"></b>

Honduras Respublikasının iqtisadi inkişaf naziri Alden Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. İqtisadiyyat Sənaye Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, dünən Honduras nümayəndə heyəti Fəxri Xiyaban Şəhidlər Xiyabanını ziyarət edib.

Həmin gün iqtisadiyyat sənaye naziri Şahin Mustafayev Honduras Respublikasının iqtisadi inkişaf naziri A.Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdən əvvəl Honduras nümayəndə heyəti Bakı Biznes Mərkəzində təşkil edilmiş Azərbaycanın son 10 ildəki sosial-iqtisadi inkişafına dair sərgi ilə tanış olublar.

İki ölkə arasında mövcud əlaqələrə əməkdaşlıq perspektivlərinə dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə Ş.Mustafayev ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf etdiyini, Honduras nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini qeyd edib. Hondurasın ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayan nazir Honduras Milli Konqresinin Azərbaycan ərazilərinin işğalı Xocalı soyqırımını tanıyan qərar qəbul etdiyinə görə təşəkkür edib. Görüşdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində hüquqi iqtisadi bazanın yaradılmasının zəruriliyi diqqətə çatdırılıb, iki ölkə arasında sərmayələrin təşviqi qarşılıqlı qorunması haqqında saziş layihəsi üzərində aparıldığı qeyd olunub. Hondurasın iqtisadi inkişaf naziri A.Rivera sürətlə inkişaf edən Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün fikir mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edib. Hondurasın iqtisadiyyatına dair təqdimatında A.Rivera ölkəsində həyata keçirilən dövlət proqramları potensial layihələr barədə məlumat verib, Azərbaycan adamlarını bu layihələrdə iştiraka dəvət edib.

Səfər çərçivəsində Hondurasın iqtisadi inkişaf naziri A.Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Bayraq Meydanı İçərişəhər tanış olacaqlar. Dünən isə nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olublar.

 





12.07.2014    çap et  çap et