525.Az

Zelenski: "Rusiya raketi Kramatorsk şəhərinin mərkəzinə düşüb"


 

Zelenski: "Rusiya raketi Kramatorsk şəhərinin mərkəzinə düşüb"<b style="color:red"></b>

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın həyata keçirdiyi hücumlarda Kramatorsk şəhər mərkəzinə raketin düşdüyünü və bir mülki vətəndaşın həlak olduğunu bildirib. 

525.az xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun Kramatorska raket hücumu həyata keçirdiyini bildirib. 

Hücumda şəhər mərkəzinə raketin düşdüyünü vurğulayan Zelenski: “6 mənzilə ziyan dəyib. Ən azı 3 nəfər yaralanıb, 1 nəfər ölüb”, - ifadəsini işlədib.

"Təcavüzkar dövlət dinc əhaliyə qarşı müharibəni davam etdirir", - Zelenski bildirib.

"Onlar həyatı məhv edir və insana heç nə qoymur. Günahsız insanı öldürən istənilən hücum qanuni və ədalətli hökm ilə nəticələnməlidir və bu da baş verəcək”, Ukrayna Prezidenti qeyd edib.

Malik Atilay

 





14.03.2023    çap et  çap et