525.Az

Ukrayna üçüncü ən böyük silah idxalçısı oldu


 

Ukrayna üçüncü ən böyük silah idxalçısı oldu<b style="color:red"></b>

Stokholmda yerləşən düşüncə mərkəzinin araşdırmasına görə, Avropaya silah transferi 2022-ci ildə kəskin artıb. Bir ildir öz ərazisində Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna regionun ən böyük silah idxalçısı, dünyada isə üçüncü ölkəyə çevrilib.

525.az xəbər verir ki, Ukrayna öz ərazisində Rusiyaya qarşı şiddətli döyüşlər apararaq dünyanın üçüncü ən böyük silah idxalçısına çevrilib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) araşdırmasına görə, Ukrayna 2018-2022-ci illər arasındakı beş illik dövrdə qlobal silah idxalının təxminən 2 faizini təşkil edib və dünyanın 14-cü ən böyük silah idxalçısı olub.

Beynəlxalq silah transferlərinin qlobal səviyyəsi son beş ildə 5,1 faiz azalsa da, SIPRI, həmçinin Avropa dövlətlərinin silah idxalında 47 faiz, Avropanın NATO ölkələrinin isə silah idxalını 65 faiz artırdığını açıqlayıb.

SIPRI tədqiqatçısı Pieter D. Vezeman qeyd edib ki, qlobal silah transferləri azalsa da, Rusiya ilə bir çox Avropa dövlətləri arasında gərginlik səbəbindən Avropaya göndərilənlər kəskin şəkildə artıb və Avropa dövlətləri indi daha çox və daha sürətli silah idxal etməyə çalışırlar.

Digər tərəfdən, Moskvanın silah satışındakı payının 22 faizdən 16 faizə düşməsinə və Vaşinqtonun payının 33 faizdən 40 faizə yüksəlməsinə baxmayaraq, Rusiya və ABŞ dünyanın ən böyük silah ixracatçıları olaraq qalmaqdadır.

Bu arada, Asiya və Okeaniya 2018-2022-ci illərdə silah tədarükünün 41 faizini təşkil edib, Hindistan, Avstraliya, Çin, Koreya Respublikası, Pakistan və Yaponiya kimi ölkələr onu qlobal silah idxalçıları arasında ilk 10-luğa daxil edib.

Qeyd edək ki, Vezeman bu regionda artan tələbin isə Çin və Şimali Koreyanın artan təhlükə kimi qəbul edilməsi ilə bağlı olduğunu söyləyib.

Fərid Sançar

 





14.03.2023    çap et  çap et