525.Az

İsveçdən NATO açıqlaması: "Biz razılaşmaya hazırıq"


 

İsveçdən NATO açıqlaması: "Biz razılaşmaya hazırıq"<b style="color:red"></b>

İsveçin Baş naziri Ulf Kristersson qeyd edib ki, İsveç və Finlandiya müxtəlif mərhələlərdə NATO üzvü ola bilərlər.

525.az xəbər verir ki, yerli medianın məlumatına görə, Kristersson mətbuat konfransında ölkəsinin NATO-ya üzvlük müraciəti ilə bağlı “İsveç və Finlandiya müxtəlif mərhələlərdə ratifikasiya (üzvlük) ola bilər”, - deyib.

Kristersson qeyd edib ki, o və İsveçin NATO üzrə baş müzakirəçisi Oskar Stenstrom son həftələrdə müxtəlif mərhələlərdə alyansa üzvlük imkanlarının artdığı təəssüratındadırlar.

İsveçin bu vəziyyətə hazır olduğunu bildirən Kristersson Finlandiyanın İsveçdən öncə NATO-ya daxil olma ehtimalının daha yüksək olduğuna diqqət çəkib.

İsveçin üzvlüklə bağlı yekun qərarın Türkiyəyə aid olduğunu vurğulayan Kristersson, Finlandiyanın İsveç olmadan NATO-ya daxil olması kimi bir vəziyyətin öhdəsindən gəlməyə hazır olduğunu da əlavə edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında 24 fevral 2022-ci ildə başlayan müharibə səbəbiylə bənzər bir işğala məruz qalmamaq üçün NATO-nun təhlükəsizlik çətirinə daxil olmaq istəyən Finlandiya və İsveç bu mövzuda birlikdə addım atmağa qərar verib və Brüsseldə birgə üzvlük müraciətlərini ediblər.

Fərid Sançar

 





14.03.2023    çap et  çap et