525.Az

COVİD-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


 

COVİD-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb<b style="color:red"></b>

Azərbaycanda son sutkada koronavirus (COVİD-19) əleyhinə 480 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 188, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 197, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 37 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 951 923, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 257, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 551, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 315, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 800 nəfər təşkil edir.

 





14.03.2023    çap et  çap et