525.Az
Musiqili Teatr mövsümü yekunlaşdırıb
Azərbaycan Dövlət Musiqili Teatrında 104-cü mövsüm başa çatıb.
Teatrın Mətbuat Xidmətindən bildirildiyinə görə, bununla bağlı keçirilən yığıncaqda Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev arxada qalan mövsümün uğurları, maraqlı tamaşalarla yadda qalması barədə söhbət açıb, yol verilmiş nöqsanlardan danışıb. Direktor 105-ci mövsümdə görüləcək işlər, yaradıcılıq planları barədə də söz salıb, hər kəsə gözəl istirahət arzulayıb.
Qeyd edək ki, iyulun 15-dən etibarən teatrın bütün kollektivi məzuniyyətə çıxır. Yeni teatr mövsümünün açılışı hər il olduğu kimi, bu dəfə də 18 sentyabr – Milli Musiqi günü böyük Üzeyir Hacıbəylinin “Ər və arvad” komediyası ilə olacaq.
12.07.2014
çap et