525.Az

Nigeriyada seçkilərdə 12,9 milyondan çox kiberhücum qeydə alınıb


 

Nigeriyada seçkilərdə 12,9 milyondan çox kiberhücum qeydə alınıb<b style="color:red"></b>

Ötən ay Nigeriyada keçirilən ümumi seçkilərdə 12,9 milyondan çox kiberhücumun qeydə alındığı açıqlanıb.

525.az xəbər verir ki, Nigeriyanın rabitə və rəqəmsal iqtisadiyyat naziri İsa Əli Pantami verdiyi açıqlamada ölkədəki seçkilərdə kibertəhlükəsizliklə bağlı xüsusi komitənin yaradıldığını və 24-28 fevral tarixlərində fəaliyyət göstərdiyini bildirib.

Pantami fevralın 25-26-da ölkədə keçirilən prezident, senat və Nümayəndələr Palatasına seçkilərdə ölkə daxilində və xaricdən 12,9 milyondan çox kiberhücumun qeydə alındığını vurğulayıb. Komitənin bu hücumların qarşısını uğurla aldığını bildirən Pantami: "Bu müddət ərzində bir sıra xakker cəhdləri, o cümlədən Paylanmış Xidmətdən İmtina (DDoS), e-poçt və IPS hücumları qeydə alınıb", - deyib.

Məhəmməd Tağıyev

 





15.03.2023    çap et  çap et