525.Az

Varşavada Azərbaycanla bağlı fotosərgi və konfrans olacaq


 

Varşavada Azərbaycanla bağlı fotosərgi və konfrans olacaq <b style="color:red"></b>

Polşanın Avropa Təhsil İnkişaf Fondu (ATİF) tərəfindən həyata keçirilənÖlkələrarası körpülərin qurulmasılayihəsi çərçivəsində Varşavada Azərbaycanla bağlı fotosərgi konfrans təşkil ediləcək.

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından verilən məlumata görə, tədbirlərdə iştirak etmək üçün qurumun sədri, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Polşada səfərdə olacaq.

 

Şuranın maliyyə dəstəyi ilə icra olunan layihənin əsas məqsədi Azərbaycan Polşa mədəniyyətlərinin qarşılıqlı əlaqələrini təbliğ etmək, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, müasir inkişafı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Polşa ictimaiyyətinə obyektiv dolğun informasiya çatdırmaqdır. Layihəyə uyğun olaraq ATİF-in jurnalistlərdən fotoqraflardan ibarət nümayəndə heyəti bu ilin aprel ayında ölkəmizə səfər edərək Azərbaycanın müxtəlif bölgələrində yerləşən muzeylərdə, mədəniyyət mərkəzlərində, tarixi-mədəni abidələrdə, qaçqın məcburi köçkün qəsəbələrində turizm ərazilərində fotoçəkilişlər aparıblar. Varşavanın Mito qalereyasında iyulun 13- təşkil olunacaq sərginin açılışından sonra ötən 20 ildə hər iki ölkədə baş verən müsbət dəyişikliklərə inkişaf planlarına həsr edilən konfrans keçiriləcək.

 

Konfransda Şura sədri Azay Quliyev çıxış edərək ölkəmizin dinamik inkişafı, beynəlxalq aləmdə artan nüfuzu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verəcək. Hər iki tədbirdə Varşava şəhərinin rəhbərliyinin, hökumət parlament nümayəndələrinin, Varşava Həyat Elmləri Universitetinin digər ali təhsil ocaqlarının professor-müəllim heyətinin, media təmsilçilərinin iştirakı nəzərdə tutulur.

 

Səfər çərçivəsində Azay Quliyevin Polşa parlamentinin deputatları Şura ilə əməkdaşlıq edən bir sıra nüfuzlu QHT-lərin nümayəndələri ilə görüşü planlaşdırılır.

 

S.ABDULLAYEVA
 





12.07.2014    çap et  çap et