525.Az

Bakıda restoranda qanlı hadisə


 

Bakıda restoranda qanlı hadisə<b style="color:red"></b> İyulun 9-da Bakı şəhərinin Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, Binə qəsəbəsi M.Ə.Sabir küçəsində, "Bakı Gecələri" restoranının yaxınlığından həmin qəsəbə Atçılıq yaşayış sahəsində yaşayan 57 yaşlı Rüstəm Əliyev bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Bəxtiyar Əliyev tutulub.
 
Bildirilir ki, hadisə hər iki şəxs həmin restoranda yeyib-içdikdən sonra mübahisə zəminində baş verib.
 
Araşdırmalar davam etdirilir.
 





12.07.2014    çap et  çap et