525.Az

Koreya dünyanın ən böyük çip mərkəzini qurur


 

Koreya dünyanın ən böyük çip mərkəzini qurur<b style="color:red"></b>

Koreya Respublikası özəl şirkətlərin təxminən 230 milyard dollar sərmayəsi ilə Seulda kompüter çipləri istehsalı üçün nəhəng bir zavod quracağını açıqlayıb.

525.az xəbər verir ki, Koreya Respublikası Prezidenti Yoon Suk Yeol bu barədə açıqlamasında: "Demək olar ki, 300 trilyon Koreya vonunun böyük miqyaslı özəl sərmayəsinə əsaslanaraq, biz Seul Metropolitan ərazisində dünyanın ən böyük yeni yüksək texnologiyalı sistem yarımkeçirici klasterini quracağıq", - deyib.

Həmçinin, yarımkeçirici meqaklasterin mövcud yaddaş yarımkeçirici istehsalı kompleksləri ilə birlikdə dünyanın ən böyüyü olacağı da açıqlanıb.

Qeyd edək ki, Seul Metropolitan ərazisinə paytaxt Seul, qonşu İncheon şəhəri və ətrafdakı Gyeonggi əyaləti daxildir.

Məhəmməd Tağıyev

 





15.03.2023    çap et  çap et