525.Az

Aİ və Tailand ticarət sazişi üzrə danışıqlara başlayır


 

Aİ və Tailand ticarət sazişi üzrə danışıqlara başlayır<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) ilə Tailand arasında 9 il əvvəl dayandırılmış Azad Ticarət Sazişi (STA) danışıqları bərpa edilib.

525.az xəbər verir ki, Aİ Komissiyası, İttifaq ilə Tailand arasında 2013-cü ildə başlayan və 2014-cü ildə hərbi çevriliş səbəbiylə dayandırılan ticarət razılaşması danışıqlarının yenidən başladığını açıqlayıb. Açıqlamada Hind-Sakit Okean bölgəsinin Aİ ticarət gündəmində əsas əhəmiyyətə malik olduğu, ticarət razılaşmasının Cənub-Şərqi Asiyanın ikinci ən böyük iqtisadiyyatına sahib Tailand ilə daha dərin ticarət əlaqələri quracağı və strateji əlaqələri inkişaf etdirəcəyi ifadə edilib.

Davamlılığın ticarət müqaviləsinin əsas elementləri arasında olacağı, işçilərin hüquqları və ətraf mühitin maarifləndirilməsi kimi sahələrin də müqavilə çərçivəsində olacağı bildirilib.

Qeyd edək ki, ötən il Aİ ilə Tailand arasında ticarət dövriyyəsi 42 milyard avro təşkil edib.

Məhəmməd Tağıyev

 





15.03.2023    çap et  çap et