525.Az

Azərbaycanda daha 65 nəfər COVİD-19-a yoluxub


 

Azərbaycanda daha 65 nəfər COVİD-19-a yoluxub<b style="color:red"></b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 829076 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818672 nəfər müalicə olunaraq sağalıb, 10 147 nəfər vəfat edib, aktiv xəstə sayı 257 nəfərdir.

Ölkədə son sutka ərzində 1469, hazırkı dövrədək isə 7 545 086 test aparılıb.

 





15.03.2023    çap et  çap et