525.Az

Ötən il Azərbaycanda kredit riski azalıb


 

Ötən il Azərbaycanda kredit riski azalıb<b style="color:red"></b>

Banklar 2022-ci ilin IV rübündə kredit riskinin azaldığını, digər risklər üzrə əhəmiyyətli dəyişiklik olmadığını qeyd edib.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.

Qeyd edək ki, 2022-ci ilin əvvəlki rüblərində olduğu kimi kredit riski ən çox azalan risk olub. Banklar 2023-cü ilin ilk rübündə faiz dərəcəsi və likvidlik riskləri üzrə artım, İT riski üzrə isə azalma proqnozlaşdırır.

Xatırladaq ki, kredit riskində azalma əsasən sənaye, ticarət müəssisələrinə verilən kreditlər, eyni zamanda digər qeyri-istehsalat və ximət sahələri üzrə olub.

 





16.03.2023    çap et  çap et