525.Az
Türkiyədə bələdiyyə sədrinə qarşı terror aktı törədilib
Türkiyədə terror aktı törədilib.
Lent.az-ın məlumatına görə, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanın Şanlıurfa mahalındakı mitinqində iştirak edən Ceylanpınar bələdiyyə sədri Menderes Atilla Ceylanpınara qayıdan zaman içində bomba olan avtomobil partladılıb.
Hadisə nəticəsində bələdiyyə sədrini mühafizə edən iki polis əməkdaşı və bir xüsusi mühafizəçi yaralanıb. Onlar Ceylanpınar Dövlət Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları Ceylanpınarda genişmiqyaslı əməliyyat başlayıb.
14.07.2014
çap et