525.Az

Ötən il sertifikasiyadan keçə bilməyənlər bu il imtahan verəcək


 

Ötən il sertifikasiyadan keçə bilməyənlər bu il imtahan verəcək<b style="color:red"></b>

“Sertifikasiya prosesində qanunvericilikdə qeyd olunan keçid balını toplaya bilməyən müəllimlər bu il prosesə bir daha cəlb olunacaq”.

525.az xəbər verir ki, bu sözləri Təhsil İnstitunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib:

“Ötən il sertifikasiyada birinci dəfə iştirak edib, uğursuz nəticə göstərən müəllimlərimiz var. Builki müəllimlərimiz isə ilk dəfə bu prosesə cəlb olunur. O nöqtəyi-nəzərdən, onların bu hüquqları qüvvədədir. Əgər hansısa müəllim bu il sertifikasiyadan uğursuz nəticə əldə etmiş olsa, iş yerini saxlanılmaqla bir il müddətində öz fəaliyyətinə davam edəcək və bir ilin ərzində yenidən bu prosesə cəlb olunacaq”, - deyə o, fikrini tamamlayıb.

Xatırladaq ki, ötən il Bakı şəhəri və bəzi regionlar üzrə yalnız ibtidai sinif müəllimləri sertifikasiya olunub. 

Bu il isə ölkə üzrə sertifikasiyadan keçməyən bütün ibtidai sinif, eləcə də Azərbaycan dili və ədəbiyyatı müəllimləri prosesə cəlb olunacaq.

Sevinc Qarayeva 

 





16.03.2023    çap et  çap et