525.Az

Xaricdə doktorantura təhsilinə qeydiyyat davam edir


 

Xaricdə doktorantura təhsilinə qeydiyyat davam edir<b style="color:red"></b>


“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir. Proses aprelin 1-də yekunlaşacaq.

Bu barədə 525.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Nazirliyin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçirilən ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumatı nazirliyin saytından əldə edə bilərsiniz.

Əlavə sual yaranarsa, FAQ/MVS və ya [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.

Sevinc Qarayeva 

 





16.03.2023    çap et  çap et