525.Az

Elçin İsgəndərzadə haqqında kitab nəşr edilib


 

Elçin İsgəndərzadə haqqında kitab nəşr edilib<b style="color:red"></b>

Bu günlərdə AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Bahar Bərdəlinin şair, professor Elçin İsgəndərzadə haqqında yazdığı kitab işıq üzü görüb. Kitabda Azərbaycan Yazıçılar Birliyinin Qarabağ şöbəsinin rəhbəri, tanınmış şair, professor Elçin İsgəndərzadənin həyat və yaradıcılığı geniş şəkildə əks olunub, şairin poetik yaradıcılığı sistemli şəkildə araşdırılıb, tədqiq, təhlil edilib və yüksək dəyərləndirilib. 

AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 2022-ci il 7 saylı qərarı ilə çap olunan nəşrin elmi məsləhətçisi filologiya elmləri doktoru, professor Jalə Əliyeva, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov, rəyçiləri AMEA-nın müxbir üzvü Tehran Mustafayev və filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənovadır. 

Monoqrafiyada E.İsgəndərzadənin şeirlərində Birinci və İkinci Qarabağ müharibələri mövzusu, eləcə də təbiət və məhəbbət şeirləri, fəlsəfi düşüncələri, poemaları, elmi yaradıcılığı, məqalələri və tərcümələri geniş şəkildə tədqiqata cəlb edilib. 
ŞAHANƏ

 





17.03.2023    çap et  çap et