525.Az

Rafael Cəbrayılov: “Beynəlxalq hüquqdan danışanda xəcalət çəkirəm ki, hüquqşünasam”


 

Milli Məclisin (MM) deputatı Rafael Cəbrayılovun “525”ə müsahibəsi

Rafael Cəbrayılov: “Beynəlxalq hüquqdan danışanda xəcalət çəkirəm ki, hüquqşünasam” <b style="color:red"></b>

Rafael müəllim, ölkə Prezidenti İlham Əliyev istər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sonuncu yay sessiyasında, istərsə ATƏT Parlament Assambleyasının (PA) bu günlərdə öz işini baş vuran 23- yayBakı sessiyasında çıxışı zamanı bir daha Qarabaq həqiqətlərini olduğu kimi, yəni, Azərbaycanın işğala məruz qalan tərəf olsa da, münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bəyan etsə , yenə təcavüzkar dövlətin təmsilçiləri-ermənilər növbəti dəfə qeyri-konstruktiv aqressiv mövqelərini sərgilədilər, münaqişənin həllində güzəştə getməyəcəklərinin növbəti siqnallarını vermiş oldular. Ermənilər yenə xüsusilə, öz müqəddəratını təyinetmə hüququ məsələsini qabartdılar...

Dövlət başçısının istər AŞPA-nın sonuncu yay sessiyasında, istərsə ATƏT PA-nın Bakıda keçirilən yay sessiyasındakı çıxışını qeyri-adi bir çıxış kimi qiymətləndirirəm. Ölkə Prezidenti hər iki çıxışında Azərbaycanın siyasi mühitinin, siyasi-ictimai durumunun, onun beynəlxalq aləmdə tutduğu yerin gələcək perspektivlərinin əyani mənzərəsini yaratdı. Yəni, Qarabağ həqiqətləri, multikulturalizm, Azərbaycan reallıqlarının dünyaya çatdırılması, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi, gələcək addımları ilə bağlı məqamlar ölkə Prezidentinin çıxışlarında əyani şəkildə öz əksini tapdı. O, özü elə bir, başadüşülən tərzdə çıxış etdi ki, inanmıram ki, artıq kimsə bundan sonra Azərbaycanın mövqeyini anlamasın. Eyni zamanda, ATƏT PA-nın tədbirinin Bakıda keçirilməsinin özü Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasından xəbər verən bir haldır. Onu da deyim ki, Azərbaycan artıq son dövrlərdə çoxlu sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir bu, şübhəsiz ki, hər birimizdə qürur hissi doğurur. O ki qaldı ki, öz müqəddəratını təyinetmə hüququ ilə bağlı ermənilərin hay-həşirinə, bilirsiniz, əslində bu hüquq çox mürəkkəb bir hüquq deyil, bu, sadə bir hüquqdur. Bu, elə bir hüquqdur ki, bunu başqa bir formada başqa hüquqlarla qarışdırmaq yaxud da, bunun əsl mahiyyətini anlamamaq mümkün deyil. Bu hüquq bütövlükdə xalqa məxsus olan hüquqdur, bu hüququn subyekti bütövlükdə xalqdır. Xalqın hansısa bir hissəsi hüququn subyekti ola bilməz...

Yəni, belə hesab edirsiniz ki, bütün xalqlar kimi erməni xalqının da bu hüququ var o da bu hüquqdan istifadə edərək, Ermənistan Respublikası adlı bir dövləti yaradıb...

Bəli. Çünki indi erməni xalqının hansısa bir hissəsinin bu hüquqdan yenidən istifadəyə cəhd etməsi bu hüququn, ümumiyyətlə, mahiyyətinə zidd bir şeydir. Bilirsiniz, hər hansı xalqın hər hansı bir hissəsi başqa bir dövlətin ərazisində kompakt yaşayırsa, belə çıxır ki, onlar da gələcəkdə bu hüquqdan istifadə etmək iddialarında bulunacaqlar ya buluna bilərlər. Necə ki, Qarabağda ermənilər belə bir iddiada bulunurlar. Ölkə Prezidenti İlham Əliyev əvvəlki çıxışlarında dəfələrlə vurğulayıb ki, elə Amerikanın özündə, Rusiyanın özündə ermənilərin kompakt yaşadığı ərazilər var, onlar da bir gün orada dövlət yaratmaq iddiasına düşsələr, heç təəccüblənmək lazım deyil. Çünki artıq belə bir presedent yaratmağa cəhd edirlər dünya da ki, bunu onlara lazımi səviyyədə izah etmir, lazımi səviyyədə onların bu təzyiqinə, cəhdinə cavab vermir. Ancaq bununla belə, bütün hallarda Qarabağ ermənilərinin ikinci erməni dövləti yaratmaq, “suveren dövlətyaratmaqla Azərbaycanın tərkibindən ayrılmaq istəyi, öz müqəddəratını təyinetmə hüquqdan istifadəyə cəhd gülünc bir şeydir. Onlar bunu bir hüquq kimi qələmə verməyə cəhd etsələr , gülünc bir şeydir. Yəni, bu hüquq deyil. O hüquqdan bir dəfə istifadə olunub. Bu hüquqdan o xalqlar istifadə edə bilərlər ki, bu gün onların, ümumiyyətlə, dövləti yoxdur. Bəli, o zaman onların bu istəyi müzakirə predmeti ola bilər, ancaq bu hüquqdan istifadə etmiş xalqın bir hissəsinin yenidən bu hüquqdan istifadə etməsi, buna cəhd göstərməsi müzakirə mövzusu ola bilməz. Məsələn, Amerikanı Kaliforniya ştatında ermənilər çox kompakt yaşayırlar. Rusiyanın Stavrapol vilayətində kompakt yaşadıqları ərazi var. Belə çıxır ki, indi Rusiyanın ərazisində belə bir dövlət istəyəcəklər yaxud da ki, ABŞ-ın ərazisində.

Baxmayaraq ki, Gürcüstanın Axalkalaki, Cavaxetiya zonalarında da onların kompakt yaşadıqları ərazi var bilirsiniz ki, bir neçə il bundan əvvəl muxtariyyətlə bağlı küçə yürüşləri keçirirdilər. Ancaq bir daha onu demək istəyirəm ki, bu, absurd bir məsələdir, əksinə bu, dünyanın, super dövlətlərin, böyük güclərin marağındadır ki, belə bir halların qarşısı dərhal alınsın. Fövqəldövlətlərin hamısının ərazisində kompakt yaşayan digər xalqlar var belə bir presedentin, qanunsuz, qondarma bir presedentin yaranması bir növ onların özlərinə qarşı çevrilə bilər. Baxın, Ukraynada son dövrlərdə görün hansı hadisələr baş verdi. Krım məsələsi ilə bağlı, Donetsk, Luqansk ilə bağlı görün nələr yaşandı yaşanmaqdadır. Yəni, bunlar çox açıq- aydın görünən, ortada olan separatizmdir. Belə çıxır ki, bunlar ayrı respublika yaradacaqlar, sonra da çıxıb Rusiya ilə birləşəcəklər, bunlar yolverilməzdir. Elə həmin Rusiyanın özünün tərkibində xeyli sayda federasiyanın subyekti var ki, onların da çoxu milli qurumlardır.

Bir gün onlar da hansı ki, özlərinin dövləti yoxdur, belə bir hüquqdan istifadə etmək istəyərlər ya istəsələr, nələr baş verə bilər?! Ona görə düşünürəm ki, bu cür halların qarşısının alınması dünyanın özünün marağı daxilində olmalıdır.

Öz müqəddəratını təyinetmə hüququnu beynəlxalq hüquqdan çıxarmaq mümkündürmü ki, gələcəkdə xoşagəlməz presedentlər baş verməsin?

Beynəlxalq hüquqdan danışanda xəcalət çəkirəm ki, hüquqşünasam. Beynəlxalq hüquq bu gün cəsarətləmən hüququn bir sahəsiyəmdeyə biləcək bir durumda deyil. Beynəlxalq hüquq bu gün ölü hüquq kimi bir şeydir. Beynəlxalq hüquq artıq elə bir durumdadır ki, o, bütövlükdə hüquq elminə utanc gətirəcək bir səviyyəyə düşüb. Yəni, alçalmış bir vəziyyətdədir. Beynəlxalq hüquq bu gün dizüstə çökmüş vəziyyətdədir. Ona görə mən demək istəyirəm ki, artıq bu, hüquq deyil. Əgər siz tarixə fikir vermisinizsə, beynəlxalq hüquq bu duruma düşəndə dünya müharibələri başlayıb. 1914- ilə , 1939-cu ildə müharibələr öncəsinə fikir versəniz, görərsiniz ki, demək olar, beynəlxalq hüququn durumu gülünc vəziyyətdə idi. Mən burada iqtisadi amilə, siyasi amilə, digər məsələlərə toxunmaq istəmirəm, yalnız beynəlxalq hüququn durumuna toxunmaq istəyirəm. Düzdür, beynəlxalq hüquq o zaman çox primitiv idi. Onu bugünkü hüquqla eyniləşdirmək qəti düzgün olmazdı. Amma bir hüquq sahəsi olaraq çox gülünc bir vəziyyətdə, hüquq elminə utanc gətirəcək səviyyədə idi onda da belə demək mümkünsə, vaxtkı güc, zor hüququ üstələyir, artıqçıxış yoludünya müharibəsində olur. Ona görə düşünürəm ki, bugünlərdə beynəlxalq hüququn bu sahəyə düşməsi heç yaxşı gələcək vəd etmir. Bu məsələ ilə bağlı beynəlxalq güclər artıq həyəcan təbilini çalmalıdırlar. O ki qaldı millətlərin öz müqəddəratını təyin etməsi hüququna, ümumiyyətlə, bunu həmin hüquqdan çıxarmaqdan söhbət gedə bilməz. Bu, mümkün olmayan bir şeydir. Yəni, əgər xalqın belə bir hüququ yoxdursa, onda bir xalqın özünün dövlət yaratması, özünün suverenliyini, müstəqilliyini elan etməsi ilə bağlı heç bir hüquqdan söhbət gedə bilməz. Bu, absurd bir şeydir. Öz müqəddəratını təyin etmək hüququ, ümumiyyətlə, xalqlarla bağlı olan bu hüquqlar bir-birilə üzvi şəkildə bağlıdır. Xalqın suverenliyi, müstəqilliyi ilə bağlı hüquqlar, onun dövlət yaratmaq hüququ ilə bağlı hüquqları bir-birinə bağlı olan hüquqlardır. Bunu beynəlxalq hüquqdan çıxarmaqdan söhbət gedə bilməz.

Qarabağ münaqişəsinin başlamasından 26 ildən çox bir müddət keçir bu, heç az bir müddət deyil. Biz bu münaqişəni yenədəmi beynəlxalq hüququn norma prinsipləri əsasında, yəni, sülh yolu ilə həll etməliyik, yoxsa hərb variantına üz tutmalıyıq?

Hesab edirəm ki, hələ sülh yolu ilə bu problemin həlli tükənməyib. Biz onlara muxtariyyətin ən yüksək səviyyəsini vəd etməklə, o statusu verməklə bu problemi həll etsək, yenə bu, Azərbaycanın xeyrinədir. Yəni, muxtariyyət məsələsini istənilən vaxtı, əgər əsaslar yaranarsa, həll etmək çox asan bir məsələdir. Hamı bilir ki, əgər hətta, orada muxtariyyət olsa belə, 50 ildən sonra Dağlıq Qarabağda azərbaycanlıların sayı ermənilərin sayından dəfələrlə artıq olacaq. Bir sözlə, muxtariyyət məsələsini həll etmək üçün istənilən vaxtı buna hüquqi imkanlar var. Amma əsas məsələ bu problemi həll etməkdir. Sözsüz ki, Azərbaycanın birbaşa müharibə yolunu tutması siyasi bir səhv olardı. Azərbaycan bütün dünyaya sübut etdi ki, o problemin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının tərəfdarıdır bunun üçün bütün kompromis variantlara gedir. Bununla yanaşı, Azərbaycan sivil bir cəmiyyət qurub, hüquqi dövlət qurub. Bunu bütün dünyaya nümayiş etdirir. Amma sözsüz ki, sülh yolu ilə bu problemin həlli mümkün olmasa, o zaman Azərbaycan xalqının, Azərbaycan dövlətinin başqa çıxış yolu qalmır. Bəli, bu problemi Azərbaycan əsgəri həll etməlidir bu, normal bir haldır. Çünki Azərbaycan Respublikası adlı dövləti Birləşmiş Millətlər Təşkilatı artıq o sərhədlər daxilində tanıyıb. Dövlətin tanınmasının da bir neçə şərti var ki, onun da bir ərazi sərhədlərdir. Onun paytaxtı, bayrağı, gerbi onlar atributlardır. Ona görə Azərbaycan dövləti sensasion heç bir addım atmır. Əgər Azərbaycan əsgəri o problemi həll etməyə qalxarsa, Azərbaycan yalnız öz torpaqlarını separatçılardan təmizləmək yolunu tutacaq hansı ki, bu üsuldan bütün dünya istifadə edir. Çeçenistan məsələsində Rusiya özü bundan istifadə etdi gördü ki, nələr baş verdi. Ukrayna bu dəqiqə həmin o üsuldan istifadə edir. Baxın, görün nələr baş verir. Yəni, demək istəyirəm ki, burada sensasion heç bir addım yoxdur. Əgər Azərbaycan torpaqlarını sülh yolu ilə ermənilərdən təmizləmək mümkün olmasa, bu problemi Azərbaycan əsgərləri həll etməlidir.

Kamil Həmzəoğlu
 





14.07.2014    çap et  çap et