525.Az

Prezident Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib


 

Prezident Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib<b style="color:red"></b> Prezident İlham Əliyev Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Lent.az-ın məlumatına görə, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Prezidentin 2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən ucaldılıb.

Həmin sərəncama əsasən, Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.
 





14.07.2014    çap et  çap et