525.Az

“İnsan amili – həyat və zaman”


 

“İnsan amili – həyat və zaman”<b style="color:red"></b>

Bu yaxınlarda filologiya üzrə fəlsəfə doktoru Murtuzayev Sadıq Nəbi oğlununİnsan amilihəyat zamanadlı kitabı işıq üzü görüb. Sözügedən kitab Azərbaycanın tanınmış ziyalısının, illərlə rəhbər vəzifələrdə çalışmış istedadlı bacarıqlı dövlət məmurunun, ən uzunömürlü raykom katibinin keçdiyi keşməkeşli ömür yolundan bəhs edir. Müəllif həyatı boyu təmasda olduğu istər vəzifəli şəxslərin, istərsə sadə əmək adamlarının timsalında insan amilinin müxtəlifliyinin sirlərini açmağa çalışır. O, insan məfhumunun mahiyyəti haqqında ən dərin ətraflı təsəvvürləri oxucunun diqqətinə çatdırmağa cəhd edir. Burada bəşəri münasibətlərdostluq, sevgi, səmimiyyət, qarşılıqlı hörmət kimi dəyərli duyğular barədə geniş söhbət açılır. Müəllif müxtəlif yüksək vəzifəli şəxslərin həyat təcrübəsində etdiyi müşahidələr əsasında sədaqətli ədalətli rəhbərdən tələb olunan xüsusiyyətləri dəyərləndirərək sadalayır.

Sadıq Murtuzayevinİnsan amilihəyat zamankitabının redaktoru, fəlsəfə elmləri doktoru, professor Rafiq Yəhya oğlu Əliyevdir. Onun kitabla bağlı yazdığı rəyi olduğu kimi, dərc edirik:

Dəyişən təəssüf ki, heç həmişə cəmiyyətin xeyrinə olmayan yeniliklərlə zənginləşən müasir dünyamızda son dövrlərin ən ciddi mənəvi fəsadlarından biri unutqanlıq, tarixi keçmişə etinasızlıq halları cəmiyyətin aparıcı qüvvəsi olan gənclər arasında ağsaqqal nəsihətinə cavab olaraqehtiyacım yoxdur, mən hər şeyi bilirəmdeyənlərin sayının getdikcə artması ilə bağlıdır. Yüzilliklər ərzində mənimsədiyimiz yüksək mənəvi-etik dəyərlərimiz, ailə dostluqla bağlı anlayışlarımız getdikcə müasir dövrün ziddiyyətli axarına mahiyyətinə uyğun bayağılaşır, öz məzmununu dəyişir, bəzən açıq-aşkar deformasiyaya uğrayır. Çətin uyğunlaşdığımız bazar iqtisadiyyatı deyilən yaşam tərzinə keçid dövründə həyatımıza daha çox şəxsi maraqlara cavab verən fərdiyyətçilik, xudbinlik kimi milli ruhumuza zidd anlayışlar hakim kəsilir.

Bunun əsas səbəblərindən biri, hesab edirəm ki, keçmişimizin, o cümlədən yaxın keçmişimiz olan sovetlər dönəminin müsbət mənfi tərəflərininin gənc nəsilə doğru-düzgün izah edilməməsi, formalaşmış milli-mənəvi dəyərlər sisteminin getdikcə daha çox hücumlara məruz qalması neqativləşməsi ilə bağlıdır. Yaxın keçmişi yalnız neqativlik prizmasından təqdim etmək yeni dəyərlərin üzə çıxmasına mane olur, bizi Avropanın üzdəniraq mədəni standartlarına əl uzatmağa onları etalon kimi qəbul etməyə sövq edir. Guya biz hər şeyi sıfırdan başlayır avropalaşmağa can atırıq.

Daxili mahiyyətinə çox da varmayan gənc nəslin xeyli hissəsiavropalaşmaqadı altındaxaricdən bizə təqdim olunan, Avropanın özündə belə ikrah doğura biləcək dəyərləri mənimsəyir təəssüf ki, bunları həm şəxsi həyatında, həm sosial şəbəkədə geniş təbliğ edir. Araşdırmalar göstərir ki, bu neqativ proses yüksələn xətt üzrə davam etməkdədir. Bunun qarşısını almaq üçün atılan addımlar bəzən çox zəif olduğundan, təklif təqdim olunan ideoloji baza isə günümüzlə təzad təşkil edən yarımçıq dəlillər faktlar üzərində qurulduğundan cəmiyyət tərəfindən az qəbul olunur. Başlanan sona çatdırılmır, bütövlük, tamlıq yaranmır, vəhdət pozulur. Bu isə hər bir vətəndaş üçün mənəvi tələbatın ödənməsində ciddi problemlər yaradır.

Mədəniyyət, tərbiyə sistemi ilə məşğul olmaq tez gəlir gətirən sahə olmadığı üçün az qala bazara çevrilmiş cəmiyyətdə insanlıq amili anlayışı getdikcə unudulur. Belə ümumi, xoşagəlməz fonda, zənnimcə, ən çox gənclərə yönəlmiş həyat fəlsəfəsi rolunu oynaya biləcək bir kitabın yazılıb cəmiyyətə təqdim edilməsi olduqca təqdirəlayiq haldır.

Əlbəttə, kamil insan anlayışı əsrlər boyu bəşəriyyətin hətta bizi Yaradanın da nəzərində vacib məsələ kimi, necə deyərlər, həmişə gündəmdə olub bu gün qalmaqdadır. Yaradanın insanı kamilləşdirmək üçün etdiyi cəhdlər, göndərdiyi müqəddəs kitablar, peyğəmbərlər, onların yaşam tərzi bir nümunə rolunu oynamaq məqsədi daşımışdır. Bu xeyirxah missiya birbaşa insan amili ilə bağlı olduğundan yalnız yalnız bəşər övladının vasitəçiliyi ilə reallaşa bilər. Odur ki, təcrübəli müəllif bu amilləri çox incəliklə, “zorişlətmədən oxuculara səbr, məhəbbət, insana yüksək qiymət kürsüsündən xoş niyyətlə təqdim edir.

Əminəm ki, keçdiyi zəngin həyat təcrübəsi baxımından müəllif başqalarına nümunə olmaq haqqına tam sahibdir. O, həyatın sınaqlarından qalib çıxan, özünün daşıyıcısı olduğu milli-mənəvi dəyərləri etik anlayışları özünəməxsus tərzdə təqdim edir.

Ömrünün doqquzuncu onilliyini yaşayan, sağlam, səmərəli, işgüzar, yaradıcı insan, müdrik ağsaqqal, tanınmış ictimai dövlət xadimi, elmin ayrı-ayrı sahələrinin, xüsusilə ədəbiyyat fəlsəfənin mahir bələdçisi həyatda düşdüyü hər bir çətinlikdən Tanrının ondan əsirgəmədiyi dərin zəka, möhkəm iradə böyük səbrlə münasib çıxış yolu tapan insandır. Doğma Azərbaycanımızın hansı bölgəsində hansı vəzifədə çalışmasından asılı olmayaraq, o, məcazi mənada desək, özü ilə ən yüksək mənəvi dəyərlərsəbətini daşımaqdan yorulmamışdır. Cəmiyyət mürəkkəb bir bəşər toplumu olduğunu nəzərə alsaq, onun daxilində cərəyan edən münasibətlərdə insan fenomeninin qədər vacib olduğunu anlamaq mümkündür. Bu amilin aparıcı həlledici rolunu dəyərləndirən S. Murtuzayev qələmə aldığı oxucuya daha asan başa düşülən dildəxalqın dilində çatdırmaq qabiliyyəti kitabın hər sətrindən bəlli olur. Şübhəsiz ki, insan amilinin yüksək qiymətə layiq olduğunu yalnız bu amili dərk edib təcrübədən keçirmiş fərd izah etməyə qadirdir. Odur ki, sözügedən kitabı qələmə alan müəllif bu meyara tam uyğun gəlir desəm, zənnimcə, yanılmaram.

Təqdim olunan kitab müəllifin həyat yolunu, bu yolda görüb-götürdüklərini, paylaşdıqlarını əks etdirir. Bu böyük şərəfə nail olmaq üçün müəllif ilk növbədə nəfsin saflaşdırılıb tərbiyələndirilməsi, yəni rəzil əxlaqi sifətləri özündən uzaqlaşdırıb, el-oba, cəmiyyət tərəfindən bəyənilmiş keyfiyyətləri mənimsəmək yolunu məsləhət görür. Kitabda xeyirxahlıq, sədaqət, mübarizlik, zəhmətsevərlik, vətənpərvərlik, səxavətlilik, qayğıkeşlik kimi nəcib xüsusiyyətlər qabarıq şəkildə tərənnüm olunur. O, vətənpərvər insan, təcrübəli rəhbər, ən əsası isə keşməkeşli həyat yolu keçmiş müdrik ağsaqqal kimi gənclərə öz nəsihətlərini verir.

Müəllif doğulduğu kəndi, işlədiyi müxtəlif rayonları qarış-qarış gəzərək, keçdiyi çətin, amma şərəfli ömür yolunu ayrı-ayrı başlıqlar altında təqdim etməklə son nəticədə oxucunun diqqətini yenə əxlaqi-mənəvi dəyərlərə yönəldir. Xalqımızın simasında yüzilliklər boyu yaşamış bu dəyərlər bizi bir çox məqamlarda başqa millətlərdən fərqləndirən əsas cəhətdir. Böyüyə hörmət, ata-anaya sevgi, kiçiklərə qayğı kimi xüsusiyyətlətin aşılanması Sadıq Murtuzayevin qələmə aldığı bu zəngin məzmunlu kitabın əsas qayəsidir.

O, dönə-dönə insanın fitrətən mehriban, qayğıkeş, səmimi olması fikrini vurğulayır, daxildən gələn səsi dinləyib onun göstərişlərinə əməl edən bəşər övladının qəlbinin günbəgün işıqlanmasını önə çəkir.

Bir sözlə, ən çətin məqamlarda çıxış yolu tapmağı bacaran, xalqını, millətini, Vətən torpağının hər qarışını müstəsna olaraq qiymətləndirmək, heç kəsinburnunun belə qanamasına razı olmayan vətəndaş, rəhbər, müdrik ağsaqqal Sadıq Murtuzayev özünün sahib olduğu əksər mənəvi dəyərləri bu kitab vasitəsilə insanlara, xüsusilə gənclərə aşılayır. Sadıq müəllim bütün ömrünü haqqın müdafiəsinə həsr etmiş ziyalıdır, nur sahibidir. Bunu hamı bilir layiqincə qiymətləndirir. O, hər zaman haqsızın yox, haqlının yanındadır. Naqisliyi deyil, xeyirxahlığı seçir. Xəyanətkarları tənqid edib, xalqın gözündə ləyaqətli insanları yüksəltməyə çalışır. Zənnimcə, qələmə alınan bu kitab məhz zəruri hesab edilən mənəvi dəyərlər toplusu kimi qiymətləndirilməlidir. Arzu edərdik ki, bu kitab müasir dövrünQabusnaməsinə çevrilsin, müstəqil həyata yenicə qədəm qoyan gənclərə layiqli bələdçilik etsin. Çünki kitabda yer alan müəllifin keşməkeşli ömür yolununun süzgəcindən keçmiş ibrətamiz kəlamlar dillər əzbəri olacaq qədər dəyərlidir!

Sadıq Murtuzayev bu kitabda yalnız özünün sınaqdan keçirib inandığı, əməl etdiyi insani dəyərlər sisteminin bir çox fraqmentlərini bizə təqdim edir. Yazıçılıq məharəti, sadə, yalnız işə yarayan, qeyri-məcburi qəbul edilən bədii-obrazlı formada təqdimat yalnız təcrübəli təfəkkür tərzi yüksək inkişaf yolu keçmiş Sadıq Murtuzayevə nəsib olub. O, məzmun formanı, bildiklərini digərlərinə çatdırmaq üsullarını məharətlə işlədərək kitabda bir bütövlük, tamlıq, əhatəlik yaratmağa nail olmuşdur. Bu müəllifin ən böyük uğurlarından yalnız biridir. Kitabın məziyyətlərini sadalamağa lüzum görmürəm, güman edirəm ki, bunu oxucu özü müəyyənləşdirməli, ağlının süzgəcindən keçirib qiymətləndirməlidir.

Kitab oxunaqlı, axarlı, oxucunu öz ardınca aparan bir dildə yazıldığına görə onu mütaliə etmək insanı yormur. Oxuduqca həvəslənir, həvəsləndikcə oxuyursan. Buna nail olmaq nadir qabiliyyət ondan istifadə etmək məharəti tələb edir. Bəşər övladının dostu olan Sadıq Murtuzayevdə bu məharət özünü əməldəbelə bir kitabın yazılması ilə açıq-aydın şəkildə büruzə vermişdir.

Odur ki, mən çox həvəs müəllifə xüsusi hörmət, məhəbbətlə təqdim olunan bu kitabı oxuyub, anlamağı cavanlardan tutmuş ahıl yaşlılara qədər cəmiyyətimizin bütün üzvlərinə məsləhət görürəm. İnanıram ki, hər bir oxucu orada axtardığını tapa biləcək. Müdriklik xəzinəsinə daxil olan kimsənin oradan hədiyyəsiz çıxmayacağına əminəm. Çünki formalaşmış, cilalanmış müdriklik bir şəxsin var-dövləti deyil, bəşər övladına verilən töhfədir. Müdriklik universal ümumbəşəri xarakter daşıyır. Odur ki, o, nəsildən-nəsillərə ötürülür Vətən hüdudları çərçivəsindən kənarda da öz təsirini saxlayır.

Bəşəriyyətin inkişaf tarixi təsdiq edir ki, müdriklik kisəsi heç vaxt kasadlaşmır. Onun ən vacib xüsusiyyəti , məncə, elə bundadır. Müəllif Sadıq Murtuzayev bu kisənin daşıyıcılarından birisidir, o, fərdilik çərçivəsindən çıxaraq ictimailəşmiş bir ziyalı, dost, müəllimdir, öyrədəndir. Yəqin ki, onun dünyaya gəlmə missiyası da bununla sıx bağlıdır.

 





14.07.2014    çap et  çap et