525.Az

Avropa Liqasında 1/4 finalın püşkü atıldı


 

Avropa Liqasında 1/4 finalın püşkü atıldı<b style="color:red"></b>

Bu gün Avropa Liqasında 1/4 və 1/2 final mərhələsinin püşkatma mərasimi keçirilir.

525.az xəbər verir ki, UEFA-nın qərargahında keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

1/8 finalın qalibi olan 8 komanda bu dəfə səbətlərə bölünməyəcək və açıq püşk yolu ilə seçiləcək. Buna görə də 1/4 və 1/2 finalda bir ölkədən 2 komandanın bir-birilərinə rəqib olması mümkündür.

Püşkatmada aşağıda adları qeyd olunan komandalar iştirak edəcəklər:

1/4 final

 “Mançester Yunayted” (İngiltərə) -  “Sevilya” (İspaniya)

 “Yuventus” (İtaliya) -  “Sportinq” (Portuqaliya)

 “Bayer” (Almaniya) - Yunion” (Belçika)

 “Feyenoord” (Niderland) -  “Roma” (İtaliya)

1/2 final

 “Yuventus” (İtaliya) -  “Sportinq” (Portuqaliya) / “Mançester Yunayted” (İngiltərə) -  “Sevilya” (İspaniya)

 “Feyenoord” (Niderland) -  “Roma” (İtaliya) / “Bayer” (Almaniya) - Yunion” (Belçika)

1/4 finalın matçları 13 və 20 aprel, 1/2 finalın oyunları 11 və 18 may, final isə 31 mayda keçiriləcək.

 





17.03.2023    çap et  çap et