525.Az

DİM-də işçi qruplarının iclasları keçirilib


 

DİM-də işçi qruplarının iclasları keçirilib<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzində (DİM) işçi qruplarının iclasları keçirilib

525.az xəbər verir ki, gündəlik məsələlər coğrafiya fənni üzrə 19 fevral 2023-сü il tarixində keçirilən sınaq imtahanında istifadə edilən tapşırıqların, riyaziyyat fənni üzrə isə 21 iyul 2022-сi il tarixində keçirilən qəbul imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

AzEdu.az xəbər verir ki, tapşırıqlar çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından müzakirə edilib.

Müzakirələr nəticəsində tapşırıqların qəbul proqramına, müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğunluğu öz təsdiqini tapıb.Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

Müzakirələr davam etdiriləcək.

Sevinc Qarayeva 

 





17.03.2023    çap et  çap et