525.Az

Sərtəllər - Xalq Yazıçısı Anar yazır


 

Sərtəllər - <b style="color:red">Xalq Yazıçısı Anar yazır</b>

əkəriyyə SərtəlNazım Hikmətin son illərikitabında yazır: “Sosialist dünyasında Nazımın ən yaxın dostu məndim”. Şübhəsiz, bu doğrudur, çünki hətta Əkbər Babayevdən  fərqli olaraq, SərtəllərZəkəriyyə bəy Səbihə xanım Nazımı ilk gənclik illərindən  tanıyırdılar. 20-30-cu illərdə Zəkəriyyə bəyin redaktə etdiyiRəsimli ayjurnalında birlikdə çalışmışdılar həqiqətən , Sosialist dünyasında Nazımın Türkiyədəki ömrünə bələd olan son illərinin şahidi olmuş ən məhrəm dostu Z.Sərtəl idi.

1951-ci ildə Türkiyənin o zamankı rejimindən xaricə qaçmış Zəkəriyyə Sərtəl həyat yoldaşı Səbihə xanım qızı Yıldızla birlikdə sonralar Sovet İttifaqında, Moskvada, Bakıda yaşamışdı. Bakıda İkinci fəxri Xiyabanda dəfn olunmuş Səbihə xanımın vəfatından sonra qızı Yıldızla Parisə köçmüşdü. Vətənə qayıtması yasaqdı

Zəkəriyyə Sərtəl Nazım Hikmət haqqında iki kitabın müəllifidir – 1969-cu ildə İstanbulda nəşr olunmuşMavi gözlü dev” (“Nazım Hikmət sənəti”) 1978-ci ildə yenə İstanbulda çıxmışNazım Hikmətin son illərikitablarının. ÜstündəTürkiyənin ən böyük şairindən Azərbaycanın ən böyük şairləri Rəsul Rza Nigar xanıma bir anma vəsiləsi, 1.IX 1969 il.M.Z.Sərtəlsözləri yazılmış birinci kitabıyla mənim 1978-ci ildə Türkiyədə aldığım ikinci kitabı arasında gözə çarpan fərqlər var. Birinci kitab Nazım ömrünün Türkiyə dövrü, onun həyat yolu yaradıcılığı haqqında əsasən solçuluq mövqeyindən yazılmış əsərdirsə, ikincişairin həyatının sovet dövrünü əks etdirən xatirələrdir bu xatirələrdə böyük şairin Sovet cəmiyyətində keçirdiyi mənəvi böhran, gənclik ideallarından xəyal qırıqlığı önə çəkilir. Elə buna görə Sərtəlin həmin kitabı sovet mətbuatında kəskin tənqidlərə məruz qaldı. yazıq ki, belə yazılardan birini Əkbər Babayev yazmışdı. Tənqidi yazıların əsas ruhu Sərtələ sığınacaq vermiş Sovet İttifaqına qarşı Zəkəriyyə bəyinnankorluqetməsindən doğanqəzəbdir”.

Məsələnin paradoksallığı ondan ibarətdir ki, Zəkəriyyə bəyin bu son kitabına reaksiya SSRİ- olduğundan bəlkə  daha şiddətli şəkildə Türkiyədə baş verdi. Sağlar Zəkəriyyə bəyin sovet quruluşuna tənqidi münasibətindən, Nazımın xəyal qırıqlığından sevinə-sevinə, şadlana-şadlana yazdılar, sollar Sərtəlin etiraflarını Nazıma da, kommunizm ideallarına da xəyanəti kimi dəyərləndirdilər. Sərtəllərin qızı Yıldız xanımArdımdakı yıllarkitabında yazır:

Babamın(atamın) “Nazım Hikmətin son yıllarıbaşlığı altında yayımlanan kitabı ətrafında o kadar böyük bir gurultu qoparıldı ki, bu konuda(bu mövzuda) bir iki söz etmədən keçəməyəcəm”.

Yıldız xanım yazır ki, Türkiyədə bu kitab Əziz Nesinin təşviqiylə çap olunub, amma sonra səksən yeddi yaşlı Zəkəriyyə Sərtəlin üstünə yağan hücumlar qarşısında Əziz onu yalnız  buraxıb. Doğrudur, kitabına görə Z.Sərtəl Türkiyədə qurulmuş  Nazım Hikmət komitəsinin üzvlüyündən xaric ediləndə Türkiyə Yazarlar Sindikatının sədri Əziz Nesin  buna etiraz olaraq  istefa ərizəsi verir, amma sonra  müavinlərinin təkidiylə  fikrindən vaz keçib vəzifəsində qalır. Yıldız xanımın rəyincə, Sərtələ qarşı bu kompaniyanın arxasında Türkiyə Kommunist Partiyasının rəhbərlərindən  İsmail Bilen (Üstün(Əvvəli 14-15-ci səh.)

Tarixçi  Cəmil Həsənlinin kitabında Mirzə İbrahimovun dil məsələsində necə prinsipial, ardıcıl mövqe tutduğu bunun üstündə sovet rəhbərliyi, o cümlədən şəxsən Xruşşov tərəfindən necə ağır ittihamlarla qarşılaşdığı sənədlər əsəsında göstərilir.

Deməli, Sərtəlin, əsasən, düzgün qeyd etdiyi faktlar ardıcıllıq formal icra baxımından qeyri-dəqiq təqdim olunub. Hər halda, bunu göstərməyi lazım bildim.

Sərtəlin xatirələrində bir fikir doğru deyil. Yazır ki, Azərbaycandaəski nəsildən olan şairlər Nazımı anlamaqda çətinlik çəkirlər. Azərbaycanda şeir hələ əruz (?!) vəznində yazılır. Sərbəst nəzm onlara yabançı görünür”.

Bu, əlbəttə, belə deyil. Elə Yıldız xanımın az əvvəl sitat gətirdiyim fikriniAzərbaycan şair yazarlarının Nazım Hikməti qədər çox sevdikləri barədə sözlərini xatırlayaq. Doğrusu, mən Zəkəriyyə bəyin bu təəssüratına təəccüb qalıram. Çünki Bakıda olarkən Azərbaycanda yaranan sərbəst şeir haqqında yetərincə təsəvvürə malik idi hətta bu şeirin əleyhdarlarından da xəbəri vardı. Bu mövzuda şəxsən mənimlə olan bir söhbətini xatırlayıram. Bakıda Sərtəlgilə gedib-gələnlərdən biri görkəmli ədəbiyyatçı dilçi alim Əkrəm Cəfər idi. Zəkəriyyə bəy mənə danışırdı ki, Əkrəm Cəfər gənc Azərbaycan şairlərinin sərbəst şeirlərinin qatı əleyhdarıdır. “Adamı anlamaq olar, – deyirdi Zəkəriyyə bəyömrü boyu əruz vəzninin heyranı olmuş, bu vəzn haqqında dəyərli kitablar yazmış. Başqa şeir şəkillərini heç cür qəbul edə bilmir”.

Bu söhbəti atama danışanda dedi: “Zəkəriyyə bəy bilmir ki, cavanlıqda Əkrəm özü sərbəst şeirlər yazırdı Nazım poeziyasının vurğunu idi. Yəqin qocalıqda fikri dəyişib”.

Bir dəfə Zəkəriyyə bəylə söhbətimiz Əlibəy Hüseynzadədən düşdü. (Sonralar Parisdə Əlibəyin oğlu rəssam Səlim Turanla da məni məhz Zəkəriyyə bəy tanış etdi).

Əlibəy, Əhməd bəy Ağaoğlu, Yusif Akçurahəpsi mənim arkadaşlarım ididedi. – Əlibəy aralarında ən kübarı, alicənabı idi. Əhməd bəy çox savadlı, zəki insan idi”.

Zəkəriyyə bəyin Əlibəydən, Əhməd bəydənarkadaşlarımdıdeyə bəhs etməsi məni şaşırtmışdı. Bax indi, qarşımda oturan, beli bükülmüş, saçları qismən tökülmüş, qismən ağarmış bu qoca kişi, mənimlə çay içib söhbət edən adamsanki sərhədlərin deyil, zamanın da o tərəfində qalmış insanlarla tay-tuş imiş. yazıq ki, Sərtəlin bu insanlar haqqında danışdıqlarını o vaxt bütün təfərrüatı ilə qələmə almadım. Növbəti dəfə yaddaşıma güvənib belə səhlənkarlıq etməyimin acısını çəkirəm. Əlbəttə, o vaxtlar Sərtəlin sovet təbliğatınınpantürkistadıyla damğaladığı bu şəxsiyyətlər haqqında xatirələrini üzə çıxarmaq olmazdı, amma yazıb saxlamaq hökmən lazımdı. Heyf ki, Zəkəriyyə bəyin özü onlar barədə bir şey yazmayıb.

Qobustanda bir yazıdaQubad Qasımovun Üzeyir bəy haqqında xatirələrində  böyük bəstəkarımızın iştirak etdiyi bir məclisdə Əlibəy Hüseynzadənin adı çəkildiyinə görə, senzura bu materialı jurnaldan çıxardı, mənə MK-daYenə pantürkistləri təbliğ edirsinizittihamı verildi.

Qobustanın çıxması münasibətilə mənim xahişimlə Zəkəriyyə Sərtəl təbrik yazmışdı bu təbriki toplunun ilk sayında dərc etmişdik. Sərbəst vəzn məsələsinə qayıdaraq onu demək istərdim ki, Azərbaycan şeirində guya ki, bu vəznin olmaması yalnız Zəkəriyyə bəyin yanlışı deyil. Sərhədlər açılana qədər Azərbaycan Azərbaycan ədəbiyyatı haqqında ya çox səthi, ya da heç təsəvvürü olmayan bir çox başqa Türkiyə aydınları da belə düşünürdülər. Yadımdadır, o illərdə Bakıya gəlmiş Türkiyə şairi (indi o da rəhmətə gedib) Təhsin Sarac məndən soruşurdu: – Azərbaycanda sərbəst şeir yazan şairlər varmı?

Özü bunu məndən xəbər alırdıRəsul Rzanın oğlundan!

Əlbəttə, məsələ vəzndə deyil. Dəfələrlə bu fikri ifadə etmişəm ki, hər vəzndə dəyərli dəyərsiz şeirlər yazmaq olar. O cümlədən, sərbəst vəzndə . Bu da həqiqətdir ki, ən dərin yeni fikirləri ənənəvi vəznlərdə çox gözəl ifadə etmək mümkündür.

Ancaq çağdaş Türkiyə şeirinin çox böyük önəmli qisminin sərbəst vəzndə yarandığı bir dövrdə Azərbaycan ədəbiyyatının guya hələ sərbəsti mənimsəmədiyi haqqında təsəvvür, bir növ, bizim poeziyamızın daha arxaik mərhələni yaşadığını iddia etməkdir. Ümumən nəinki şeirimizi, nəsrimizi, sənətimizin başqa sahələrini yetərincə bilməyən, tanımayan Türkiyə ictimai fikrində Azərbaycan mədəniyyətinin inkişaf səviyyəsi haqqında bəzən çox səhv düşüncələr yer alır. Yeddi ay İstanbulun Memar Sinan Universitəsində Azərbaycan ədəbiyyatından dərs dediyim zaman belə təsəvvürləri şəxsən müşahidə etdim. Açıq deyilməsə, yazılmasa da, bəzi söhbətlərdə Azərbaycanınməşədilərölkəsi olması haqqında atmacalardan xəbər tuturdum. Təəssüf ki, belə bir cahil fikir daha çox sol dairələrdə yayılıb. Sağlar da Azərbaycandan öz bədii zövqlərinə uyğun şeirləri tapır təbliğ edirlər. Məhz belə yanaşmaya cavab olaraq mən, əsasən, sollardan ibarət olan bir auditoriyada çıxış edərək dedim:

Bəzi çevrələr Azərbaycan kültürünə yuxarıdan aşağı baxır, Azərbaycanıməşədilər məmləkətikimi düşünürlər. Amma AzərbaycanMəşədi İbadlarınməmləkəti deyil, “Məşədi İbadı yaradan dahi Üzeyir bəylər məmləkətidir”.

lll

 Nazım Hikmətin vəfatından bir neçə il sonra Parisdə siyasi mühacir kimi yaşayan rəssam Abidin Dino Bakıya gəldi. Bir günlüyə gəlmişdi. Məxsusi Zəkəriyyə Sərtəllə görüşmək üçün. Atam Bakıda yox idi. Abidinlə Moskvada görüşmüşdülər rəssam bir tablosunu Rəsul Rzaya hədiyyə etmişdi. İndi bu tablo atamgilin mənzilindədir. Atam mənə telefon etdi dedi ki, Abidin bəyi qarşılayım. A.Dinonu hava limanında Zəkəriyyə bəylə bir yerdə qarşıladıq, bütün günü bir yerdə olduq, Toğrul Nərimanbəyovun emalatxanasına getdik, nahar etdik. Bir müddət Zəkəriyyə bəylə Abidin bəyi tək qoydum ki, bəlkə məhrəm söhbətləri var. Axşamtərəfi isə Sərtəllə birlikdə A.Dinonu Moskvaya yola saldıq. Zəkəriyyə bəylə öpüşüb-görüşüb ayrıldılar yalnız Dino trapdan əl eləyib uçağa girəndən sonra Sərtəl hönkür-hönkür ağlamağa başladı. İndiyəcən onu soyadına uyğun çox sərt, mətin dözümlü adam kimi tanıyırdım, bu göz yaşları məni çox mütəəssir  elədi. Qocanı sakitləşdirməyə, ona təsəlli verməyə çalışırdım: – Bura da sizin vətəninizdir, – deyirdim. Bir qədər toxtayıb mənə baxdı: – xoşbəxt adamsınız, – dedi, – öz vətəninizdə yaşayırsınız.

Xoşbəxtliyin bir çox tərifi ola bilər. Bir vaxtGecə düşüncələrimdə yazmışdım:  “Xoşbəxtliköz vətənində yaşayıb özün olaraq qalmaqdır”. 

Kitabında Zəkəriyyə bəy xatırlayır ki, Nazımla Varşavada olarkən Türkiyənin məşhur opera solisti Leyla Gəncər orada qastrola gəlibmiş, Nazımla Zəkəriyyə bəy onun oynadığı tamaşaya gediblər, amma Nazım Leyla xanımla görüşməyə cəsarət etməyib. Leyla Gəncərimi, özünümü pis vəziyyətdə qoymamaq üçün. Sərtəl isə Gəncərə yanaşıb:

“-Leyla xanımdeyibdünən axşam təsadüfən sizi dinlədik. Köksümüz qabardı, sizi həm öz adımdan, həm Nazım Hikmətin adından ürəkdən təbrik edirəm.

Leyla xanım çaşıb qalıb:

Kimsiniz əfəndim?

Biz iki qürbət qurbanıyıq xanıməfəndi. Vətəndən uzaq Vətən özləmi içində yaşayan iki türkNazım Hikmət Zəkəriyyə Sərtəl.

Leyla Gəncərin cavabını gözləmədən ayrılıb uzaqlaşdım”.

Cəlayi-Vətən olanların gözlərindəki kədər, qəlblərindəki nisgil eynidir. Mühacirlərin mühacirət səbəbləri fərqli, daban-dabana zidd, əqidələri, ictimai baxışları müxtəlif ola bilərdərdləri, kədərləri, qəlblərinin qübarı eynidirVətən həsrəti.

...qəbiristanlıqda səssiz-səmirsiz ölüm

Mühacirlik ölümdən betərdir,

Ah gülüm, ah gülüm.

2012- 2014gəl, Marat) dururdu. Türkiyəyə gəlməsi yasaq olan Bilən, Zəkəriyyə bəyə  Moskva radiosunun türkcə verilişləri vasitəsilə hücum edir bununla Türkiyənin özündə müəyyən qüvvələri bu hücumları şiddətləndirməyə təhrik edirdi. Səbəb Sərtəlin  kitabında İsmayıl Bilənin Rusiyadakı türk kommnistləri haqqında danoslar verib tutdurduğunu Nazımın özünə xəyanət etdiyini  yazması idi.

İsmayıl Bilənin (Maratın) Sərtəllərlə ədavətinin böyük bir tarixçəsi varmış. Rumıniyadan türkcə yayınlar yapanBizim radiodabərabər çalışıblar. Maratı tanıyanların  dediklərinə görə, 1934- ildə Türkiyədən qaçmış bir daha ora qayıtmamış bu adam davranışıyla Stalini təqlid edəncahil, kompleksli,qaba, məncil-eqoist, acımasız, qısqanc” (Rəfiq Erduran)  bir şəxs imiş.  “Bizim  radiodakəmsavad Maratdan çox daha qüvvətli qələmə sahib olan Sərtəllər bütün verilişləri özləri hazırlayırmış. Marat təbii ki, bu rəqabətə dözə bilməyib Zəkəriyyə bəylə Səbihə xanımın ABŞ-da yaşayan qızlarının yanına gedib gəlmələrini bəhanə edərək onlarıAmerika casuslarıkimi radiodan qovdurur. Bundan sonra Sərtəllər Bakıda yaşamalı olurlar.

Sərtəlin kitabını bir ağızdanNazıma həqarətdeyə  damğalayan yazılara qarşı Zəkəriyyə bəy ləyaqətini qoruyaraq yazır:

Mən Nazımla yaşadığım günləri yazıramdeyə mətbuatda cavab verir-  xəyalımdan uydurmuram, Nazımı insan olaraq anlatmağa çalışıram.  O, mənim ən yaxın dostum, ən çox sevdiyim, saydığım insandı. Həqarət iddiasını şiddətlə rədd edirəm”.

Nazım Zəkəriyyə bəyə eyni sevgi dostluq hissləri duyurdu. Həsbxanadan Valaya yazdığı məktubda SərtəliTürkiyənin ən namuslu adamlarındandırsözləriylə səciyyələndirir.    

Z.Sərtəlin kitabıyla diqqətlə tanış olanda Nazım ömrünün son illərini sovet rejiminin gerçəkliyini, əsasən, düzgün əks etdirildiyini görürsən. “Əsasəndeyirəm, çünki kitabda dəqiq olmayan, bəzən tam yanlış məlumatlar da var. Həm Zəkəriyyə bəyin özü haqqındaəlbəttə, mənim tanıdığım dərəcədəhəm bu kitab haqqında obyektiv fikirlərimi ifadə etməyə çalışacam. Əlbəttə, kitabda müəllifin Nazıma böyük sevgisi hər səhifədə hiss olunur heç bir həqarətdən, təhqirdən söz gedə bilməz. Zəkəriyyə bəy Nazımı bir büt, heykəl kimi deyil, canlı insan kimibütün güclü zəif cəhətləriylə göstərməyə çalışır.

Qeyd olunduğu kimi, Zəkəriyyə bəy Nazım ömrünün hər iki çağınaTürkiyə sovet dövrünəbələd idi odur ki, böyük şairin həyatını bütünlüklə görə, müqayisə edə nəticə çıxara bilirdi. Z.Sərtəl yazır: “Nazımın sosialist məmləkətlərindəki yaşantısını, qarşılaşdığı çətinlikləri, çəkdiyi sıxıntıları, keçirdiyi dəyişiklikləri əldə etdiyi başarıları mənim qədər yaxından izləyən çox az kimsə vardır”. Bu da doğrudur.

Ömrünün böyük qismində ardıcıl əqidəli solçu olan Sərtəl kommunist deyildi.

Amma həyat yoldaşı Səbihə xanım kommunist idi. Qızları Yıldız da gənc yaşlarından bu partiyaya üzv olmuşdu. Yarızarafat, yarıciddi danışırdılar ki, evlərində Səbihə xanımla Yıldız xanım partiyanın məxfi məsələlərini müzakirə edərkən Zəkəriyyə bəy həssaslıqla o biri otağa keçərmiş. Səbihə xanım sefardların – 500 il əvvəl katolik İspaniya inkvizisiyasından qurtularaq Osmanlı dövlətinə pənah gətirən, burada sığınacaq tapan hüzur-rahatlıq içində yaşayan yəhudilərin nəslindən idi. Sefardlar nəslindən Türkiyənin bir çox görkəmli xadimləri, o cümlədən 100-dən artıq paşa (general) admiral çıxıb. Amma Səbihə xanım özü, əlbəttə, müsəlman idi. Əgər kommunistlərin, ümumiyyətlə, dini mənsubiyyəti olursa. Hər   halda, ana dili türk dili idi, türk əxlaq mənəviyyatının daşıyıcısı, Türkiyə ədəbiyyatının dərin bilicisiydi, Tofiq Fikrətə aid araşdırması bu böyük şair haqqında çox qiymətli kitabdır. Səbihə xanımınRoman gibi” (1919-1950) adlı başqa bir kitabında müəllifin həyat yoldaşı Zəkəriyyə bəyin keşməkeşli ömür yolları, ideoloji siyasi savaşları  haqqında, gənc Nazım HikmətinRəsimli aydərgisində fəaliyyəti, “bütləri yıkalımçabaları, Peyyami Səfayla ziddiyyətli  münasibətləri haqqında maraqlı  məlumatlar var.

Səbihə xanımın  Roman gibi Zəkəriyyə bəyin  Xatırladıqlarımkitablarında gənc Nazımın  türk ədəbiyyatının klassiki Əbdülhaq Hamidin dəvətiylə onun evində qonaq olmasından təqribən eyni sözlərlə bəhs edilir. Şübhəsiz Sərtəllərin yazdıqları  Nazımın özünün bu görüş haqqında  danışdıqlarına əsaslanır.

Yeni ədəbiyyat, mütərəqqi dünyagörüşü, sol ideyalar uğrunda mücadilələrindən, bu işin  çətinliklərindən özlərinə qarşı təqiblərdən Səbiyyə xanım xəsis ifadələrlə danışırsa  Sabihakitabının müəllifi Rəfiq Erduran bu yolun məşəqqətləri haqqında sarsıdıcı faktlar gətirir. Sərtəllər hələ  Tanqəzetində çalışarkən  iki polis  rəsmisi əllərində qırmızı mürəkkəb dolu şüşələrlə içəriyə girirlər. Xoşbəxtlikdən ər-arvad bu vaxt mətbəədə olmayıblar. Rəfiq Əruran yazır:

Sərtəllər qəzetdə bulunub da ələ keçsələrdi, çırıl-çılpaq soyundurulub qırmızıya boyanaraq   iştə qızıl kommunistlərdeyə sokaklarda dolaşdıracaklardı”. 

Sərtəllər Türkiyədən qaçıb bir müddət Amerikada qalırlar (böyük qızları ABŞ-da yaşayırdı). Avropa ölkələrini dolaşdıqdan sonra SSRİ- gəlirlər daimi məskən kimi Moskvanı deyil, Bakını seçirlər.

Sərtəllər Bakıya gəlməzdən öncə, yadımdadır, Nazım Moskvadan atama telefon etmişdi, Zəkəriyyə bəyə ailəsinə mehribanlıq göstərməsini, qəriblərə həyan olmasını rica etmişdi, Bakıda yaşadıqları müddətdə atam da, anam da Sərtəllərə hər cür qayğı göstərirdilər, çalışırdılar ki, özlərini qürbətdə hiss etməsinlər. Tez-tez evimizdə qonaq olardılar. Biz tez-tez onlara gedərdik. O vaxt Azərbaycan Yazıçılar İttifaqının sədri olan Mehdi Hüseyn Sərtəllərlə yaxın əlaqə saxlayır, onların bütün problemlərinin həll olunmasına yardım göstərirdi. Yıldız SərtəlArdımdakı illəradlı xatirələr kitabında yazır:

Rəsul Rza arvadı Nigar xanım, Sabit Rəhman kimi Azərbaycanın həssas şair yazarlarıyla tanış olduq. Bəzi gecələr Nigar xanım məlahətli səsiylə bizə gözəl şeirlərini oxuyardı. Nazımı çox sevən bu insanlar bizimlə qaynaşdılar Bakını bizə sevdirdilər”.

Həyatda hər şey necə bir-birinə sarılıb qarışır!

Sərtəllərin Bakıdakı mənzilləri indi anamın adını daşıyan küçədədirNigar Rəfibəyli küçəsində. Səbihə Sərtəl Bakıda dəfn ediləndən sonra anam Türkiyə səfərindən qayıdarkən bir ovuc torpaq gətirib Səbihə xanımın məzarına səpmişdi. Yıldız xanım yazır:

Anamı azəri dostlarımızla bərabər Bakı məzarlığına gömdük. Nigar xanımın Türkiyədən gətirmiş olduğu bir kisə türk torpağını məzarına səpdik, yurd həsrəti içində olduğunu bilirdik. Azərilər ona çox gözəl bir məzar daşı yapmışdılar üstünə Səbihə Sərtəl, 1898-1968 yazdılar”.

Yıldız xanım bir məqamı qeyd etməyib. Bu bir ovuc türk torpağını Nigar Rəfibəyli məhz Tofiq Fikrətin məzarı, evi, indi isə muzeyi olanAşiyandan gətirmişdiaxı rəhmətlik Səbihə xanım böyük şairin tədqiqatçısı heyranı idi

Anam isə bu hadisədən danışanda həmişə gülümsünürdü. “Aşiyana İstanbulda yaşayan böyük qardaşı Kamillə gedibmiş. Torpağı balaca kisəyə yığanda çoxdan bəri belə şeylərdən yadırğamış Kamil dayı yariciddi-yarızarafat: – Əlli ildə Sovet hökuməti sizləri İmamzada təfəkküründən qurtara bilmədi? – deyə soruşub.

Kamil dayı uşaqlığında ilk gəncliyində doğma şəhəri Gəncədə gördüyü dini kompleksiİmamzadanı, zəvvarların oradan tutiya kimi torpaq aparmasını xatırlayıbmış. Amma qəribədir ki, İmamzadadan xəbəri olmayan rus şairi Lev Oşanin belə hərəkət edib. Bu barədə Fikrət Qoca yazır: “Lev Oşanin Türkiyə səfərindən Nazım Hikmətin məzarına qoymaq üçün torpaq gətirmişdi. Biz ürəyə bənzər bir qab düzəldib, həmin torpağı o məzarın sinəsində basdırdıq, poemanı yazmağı orda qərara aldım. İlk sətirlərini elə oradaca düşündüm:

    

Deyirlər məzar
İstanbuldan
Bir ovuc torpaq
İstəyib ancaq
Bir əcnəbi
keçəndə burdan
İstanbuldan
Bir ovuc torpaq
oğurlayıbdır
Sonra quş kimi
Uçub bu yerdən,
Keçib düzlərdən,
qərib məzarın
gəlib yanına.
Bir ehtiramla
baş əyib ona
Qoyub torpağı
Qərib məzarın
isti qoynuna
Türk oğluna da
bu gərək imiş
Qəriblər üçün
Vətən torpağı
Bir ürək imiş
Qalxıb o gündən
Gəzir gecələr
gizli xəyaltək.
Deyirlər bizim
İstanbula da
Bir gün gələcək”.

lll

Zəkəriyyə bəylə Yıldız Parisə köçəndən sonra mənzilləri rəssam Toğrul Nərimanbəyova verildi. Yenə dəfələrlə bu evdə oldum  Toğrulla arvadı rəhmətlik Elmira xanımın qonağı kimi. Bir dəfə Toğrulun atamgildə Sərtəllərlə eyni vaxta qonaq olduqları da yadımda qalıb. Azərbaycanca belə ləhcəylə danışan Toğrul Türkiyə türkcəsini heç başa düşə bilmirdi. Sərtəllər isə rusca bilmirdi, odur ki, ünsiyyətləri çox qəribə şəkildə idi. Məsələn, Toğrul: – Pikasso! Ooo! Pikasso! – deyirdi, Sərtəllər dərhal: Əvət Pikasso çox böyük sanatçıdeyirdilər türkcə Pikasso haqqında uzun-uzadı danışırdılar. Deyilənlərin yüzdə doxsanını anlamayan Toğrul indi təzə mövzuya keçirdi: – Matiss! – deyirdi, – Ooo! Matiss! – Əvət, Matiss iyi bir ressam, – deyə Sərtəllər indi bu fransız boyakarından söz açırdılar.

Neçə il sonra Toğrul Fikrət ƏmirovunMin bir gecəbaletinə səhnə tərtibatı vermək üçün Türkiyəyə getdi bir neçə ay İstanbulda qaldı. Geri dönəndə: – Türklərlə necə anlaşa bilirdin? –deyə xəbər aldım. Toğrul: –Oçen prostodedi, – okazıvaetsa u nix bardak eto stakan.  

1969-cu ildə Toğrulla Parisə getmişdik. Zəkəriyyə bəylə zəngləşib görüşdük. Baletmeyster Nailə Nəzirova da bizimləydi. Açıq kafelərin birində oturub Parisin axşam həyatını seyr edirdik, Zəkəriyyə bəy bu şəhərə heyranlığımızı görürdü. Mənə göz vurub Nailəyə: – Bəlkə burda qalmaq istərdiniz, – deyə soruşdu, – sovet balet ustalarından buralarda qalanlar çoxdur hamısı yaxşı işlə təmin olunub.

 Əlbəttə, Zəkəriyyə bəy bu təkifi ciddi etmirdi, “şaka yapırdı”. Nailə sovet cəmiyyətinin yetirməsi idi, yəni xaricdəki hər kəsin onuverbovateləmək istəyən xüsusi xidmət işçisi olduğuna şübhə etmirdi. Əsl sovet patriotu kimi sərt bir şəkildə: – Burda niyə qalıram, – dedi, – öz vətənimə gəlib? Orda da lap yaxşı işləyə bilirəm.

Bu söhbəti ona görə xatırladım həyatın dolama-dolaşıq yollarından ona görə söz saldım ki, çox illər sonra Toğrul da, Nailə   Fransada yaşamalı oldular.  Doğrudur, ayrı-ayrı şəhərlərdəToğrul Parisdə, NailəVersalda. Zəkəriyyə bəy isə rəhmətə gedib. Ölümündən qabaq kiminsə vədinə inanıb uçub gəlib İstanbula, amma onu hava limanından şəhərə buraxmayıblar kor-peşman Parisə qayıdıb. Ancaq bir müddət keçib, Türkiyədə növbəti hökumət dəyişikliyindən sonra axır ki, illər boyu həsrətini çəkdiyi məmləkətinə qayıda bilib. Ölmək üçün. Doğru deyiblər ki, “gəzməyə (bəzən qaçmağa) qürbət ellər, ölməyə vətən yaxşı”...

(Bu mətn yazılandan çox illər sonra kədərli bir əlavə etməli oluram: keçən il (2013) bir vaxtlar hər gün görüşdüyüm, ortaq yaradıcılıq işlərinə imza atdığımız, müxtəlif vaxtlarda mənim  altı portretimi çəkmiş, Azərbaycan rayonlarına, Moskvaya, Parisə birgə səfərlərə çıxdığımız əziz dostum, böyük rəssamımız Toğrul Nərimanbəyov Parisdə vəfat etdi elə o şəhərdə dəfn edildi).

Yıldız xanım  indi Türkiyədədir. 1993- ildə İstanbulda məşhur kinorejissor Xalid Rəfiqin evində qonaq idim. Telefon oldu, kiminləsə danışdı, sonra mənə müraciət etdi: – Sizinlə güzel bir hanım konuşmaq istiyor, – dedi. Təəccüb qaldım:

Kim idi mənim burda olduğumu bilən gözəl xanım? Demə, Yıldız xanım imiş. Xalid bəy mənim onlarda qonaq olduğumu deyib. – Mərhəba Yıldız xanım, bizləri unutmadınızmı? – dedim.

Nasıl da unutalım? Babanızın, annenizin bizlərə sayğısı, şafqatı unutulurmu? Hele Nigar hanımın annemin mezarına İstanbuldan topraq getirmesi...

İllər sonra, ən müxtəlif yerlərdə, ən müxtəlif adamlardan valideynlərim haqqında xoş sözlər, unudulmaz xatirələr eşidəndə kövrəlirəm. Vəfatlarından uzun illər keçdi, indi mən özüm anamdan da, atamdan da yaşlıyam

lll

Zəkəriyyə SərtəlinNazımın son illərikitabında çox dəyərli bilgilər olsa da, dediyim kimi, bəzi yanlışlıqlar da var. Məsələn, Nazımın 20-ci illərdə Moskvaya ilk gəlişində SSRİ-nin rəhbərləri sırasında Leninin, Plexanovun (?), Malenkovun (?), Trotskinin adını çəkir. Halbuki Plexanovun, heç vaxt SSRİ-nin rəhbərlərindən olmaması bir yana, o vaxt artıq sümükləri çürümüşdü, Malenkov isə dünyaya gəlsə , o vaxt hələ siyasət aləminə gəlməmişdi. Bəlkə Plexanov Zəkəriyyə bəyin hafizəsində ona görə ilişib qalıb ki, Nazımı Qara dənizdə xilas edən gəmi bu marksistin adını daşıyırmış. Sərtəl A.FadeyevinPartizanromanının adını çəkir. Fadeyevin belə bir əsəri yoxdur, məlum deyil ki, hansı roman nəzərdə tutulur – “Tarmar”, yaxudGənc qvardiya”. Bunlar, əlbəttə, xırda qüsurlardır. Amma Sərtəl Nazımın Azərbaycana səfəriylə bağlı məsələlərdən danışarkən daha ciddi yanlışlıqlara yol verib. Nazımın Bakıda həqiqətən olmuş bir söhbətini xatırlayır. Böyük şair Bakıda telefonla məlumat almaq istəyəndə ona rusca cavab vermişlər biz azərbaycanca bilmirikdemişlər. Bu Nazımı çox hiddətləndirmişdi. Bunu bizdə qonaq olanda da çox əsəbi şəkildə nəql edirdi. Amma buolmuş faktı gətirəndən sonra Z.Sərtəl yazır ki, “Azəri türklərinə görə məlumat bürosundakı qızın ruscadan başqa bir dil bilməməsi çox təbii bir şeydir”.

Əlbəttə, belə deyil Zəkəriyyə bəyin azəri türklərini dil məsələlərinə biganəlikdə suçlamağa haqqı yoxdur. O vaxt Mirzə İbrahimov Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri idi. Yeri gəlmişkən, onu da deyim ki, Nazım Mirzə müəllimi zahiri görkəmi etibarilə Azərbaycanda ən gözəl kişi hesab edirdi.

Zəkəriyyə Sərtəlin versiyasına görə, Nazım dil məsələsiylə ilgili Mirzə İbrahimovu tənbeh edib. Sərtəl yazır:

Mirzə İbrahimov Nazım getdikdən sonra düşünür, daşınır bir fərman hazırlayır ertəsi gündən başlayaraq rəsmi dairələrdə türkcə işlənməsini əmr edir. Ertəsi gün Moskva Bakıya bir partiya təmsilçisi göndərir, Mirzə İbrahimovu suçlayaraq dərhal taxtından endirirlər, fərman geri alınıır işlər yenə əskisi kimi rusca yürüdülür”.

Z.Sərtəlin bəhs etdiyi hadisələri ümumən sovet sisteminin xüsusiyyətlərini bilənlər Zəkəriyyə bəyin təfsirində bu prosesin qədər bəsitləşdirildiyini dərhal aydın görəcək. Azərbaycan dilinin o vaxt dövlət dili elan olunmasında Mirzə İbrahimovun MK-nın Birinci katibi İmam Mustafayevin çox böyük rolu olduğu doğrudursa da, bu işin daha mürəkkəb şəkildə uzun prosedurlar, razılaşmalar (o cümlədən, təbii ki, Moskvanın yüksək rütbəli rəsmiləriylə razılaşmalar) nəticəsində həyata keçirildiyi məlumdur. Azərbaycan dilinin dövlət dili olması haqqında bu vaxt Konstitusiyaya əlavə olunmuş maddə (fərman deyəndə Sərtəl bunu nəzərdə tutur) heç vaxt ləğv edilməmişdi. Amma, əlbəttə, o da doğrudur ki, bundan sonra da rəsmi işlər, yazışmalar yenə , əsasən, rus dilində aparılırdı Mirzə İbrahimovun da, İmam Mustafayevin bir müddət sonrataxtlarından endirilməsindəbu dil məsələsinin  səbəblərdən biri olduğu da həqiqətdir.

Tarixçi  Cəmil Həsənlinin kitabında Mirzə İbrahimovun dil məsələsində necə prinsipial, ardıcıl mövqe tutduğu bunun üstündə sovet rəhbərliyi, o cümlədən şəxsən Xruşşov tərəfindən necə ağır ittihamlarla qarşılaşdığı sənədlər əsəsında göstərilir.

Deməli, Sərtəlin, əsasən, düzgün qeyd etdiyi faktlar ardıcıllıq formal icra baxımından qeyri-dəqiq təqdim olunub. Hər halda, bunu göstərməyi lazım bildim.

Sərtəlin xatirələrində bir fikir doğru deyil. Yazır ki, Azərbaycandaəski nəsildən olan şairlər Nazımı anlamaqda çətinlik çəkirlər. Azərbaycanda şeir hələ əruz (?!) vəznində yazılır. Sərbəst nəzm onlara yabançı görünür”.

Bu, əlbəttə, belə deyil. Elə Yıldız xanımın az əvvəl sitat gətirdiyim fikriniAzərbaycan şair yazarlarının Nazım Hikməti qədər çox sevdikləri barədə sözlərini xatırlayaq. Doğrusu, mən Zəkəriyyə bəyin bu təəssüratına təəccüb qalıram. Çünki Bakıda olarkən Azərbaycanda yaranan sərbəst şeir haqqında yetərincə təsəvvürə malik idi hətta bu şeirin əleyhdarlarından da xəbəri vardı. Bu mövzuda şəxsən mənimlə olan bir söhbətini xatırlayıram. Bakıda Sərtəlgilə gedib-gələnlərdən biri görkəmli ədəbiyyatçı dilçi alim Əkrəm Cəfər idi. Zəkəriyyə bəy mənə danışırdı ki, Əkrəm Cəfər gənc Azərbaycan şairlərinin sərbəst şeirlərinin qatı əleyhdarıdır. “Adamı anlamaq olar, – deyirdi Zəkəriyyə bəyömrü boyu əruz vəzninin heyranı olmuş, bu vəzn haqqında dəyərli kitablar yazmış. Başqa şeir şəkillərini heç cür qəbul edə bilmir”.

Bu söhbəti atama danışanda dedi: “Zəkəriyyə bəy bilmir ki, cavanlıqda Əkrəm özü sərbəst şeirlər yazırdı Nazım poeziyasının vurğunu idi. Yəqin qocalıqda fikri dəyişib”.

Bir dəfə Zəkəriyyə bəylə söhbətimiz Əlibəy Hüseynzadədən düşdü. (Sonralar Parisdə Əlibəyin oğlu rəssam Səlim Turanla da məni məhz Zəkəriyyə bəy tanış etdi).

Əlibəy, Əhməd bəy Ağaoğlu, Yusif Akçurahəpsi mənim arkadaşlarım ididedi. – Əlibəy aralarında ən kübarı, alicənabı idi. Əhməd bəy çox savadlı, zəki insan idi”.

Zəkəriyyə bəyin Əlibəydən, Əhməd bəydənarkadaşlarımdıdeyə bəhs etməsi məni şaşırtmışdı. Bax indi, qarşımda oturan, beli bükülmüş, saçları qismən tökülmüş, qismən ağarmış bu qoca kişi, mənimlə çay içib söhbət edən adamsanki sərhədlərin deyil, zamanın da o tərəfində qalmış insanlarla tay-tuş imiş. yazıq ki, Sərtəlin bu insanlar haqqında danışdıqlarını o vaxt bütün təfərrüatı ilə qələmə almadım. Növbəti dəfə yaddaşıma güvənib belə səhlənkarlıq etməyimin acısını çəkirəm. Əlbəttə, o vaxtlar Sərtəlin sovet təbliğatınınpantürkistadıyla damğaladığı bu şəxsiyyətlər haqqında xatirələrini üzə çıxarmaq olmazdı, amma yazıb saxlamaq hökmən lazımdı. Heyf ki, Zəkəriyyə bəyin özü onlar barədə bir şey yazmayıb.

Qobustanda bir yazıdaQubad Qasımovun Üzeyir bəy haqqında xatirələrində  böyük bəstəkarımızın iştirak etdiyi bir məclisdə Əlibəy Hüseynzadənin adı çəkildiyinə görə, senzura bu materialı jurnaldan çıxardı, mənə MK-daYenə pantürkistləri təbliğ edirsinizittihamı verildi.

Qobustanın çıxması münasibətilə mənim xahişimlə Zəkəriyyə Sərtəl təbrik yazmışdı bu təbriki toplunun ilk sayında dərc etmişdik. Sərbəst vəzn məsələsinə qayıdaraq onu demək istərdim ki, Azərbaycan şeirində guya ki, bu vəznin olmaması yalnız Zəkəriyyə bəyin yanlışı deyil. Sərhədlər açılana qədər Azərbaycan Azərbaycan ədəbiyyatı haqqında ya çox səthi, ya da heç təsəvvürü olmayan bir çox başqa Türkiyə aydınları da belə düşünürdülər. Yadımdadır, o illərdə Bakıya gəlmiş Türkiyə şairi (indi o da rəhmətə gedib) Təhsin Sarac məndən soruşurdu: – Azərbaycanda sərbəst şeir yazan şairlər varmı?

Özü bunu məndən xəbər alırdıRəsul Rzanın oğlundan!

Əlbəttə, məsələ vəzndə deyil. Dəfələrlə bu fikri ifadə etmişəm ki, hər vəzndə dəyərli dəyərsiz şeirlər yazmaq olar. O cümlədən, sərbəst vəzndə . Bu da həqiqətdir ki, ən dərin yeni fikirləri ənənəvi vəznlərdə çox gözəl ifadə etmək mümkündür.

Ancaq çağdaş Türkiyə şeirinin çox böyük önəmli qisminin sərbəst vəzndə yarandığı bir dövrdə Azərbaycan ədəbiyyatının guya hələ sərbəsti mənimsəmədiyi haqqında təsəvvür, bir növ, bizim poeziyamızın daha arxaik mərhələni yaşadığını iddia etməkdir. Ümumən nəinki şeirimizi, nəsrimizi, sənətimizin başqa sahələrini yetərincə bilməyən, tanımayan Türkiyə ictimai fikrində Azərbaycan mədəniyyətinin inkişaf səviyyəsi haqqında bəzən çox səhv düşüncələr yer alır. Yeddi ay İstanbulun Memar Sinan Universitəsində Azərbaycan ədəbiyyatından dərs dediyim zaman belə təsəvvürləri şəxsən müşahidə etdim. Açıq deyilməsə, yazılmasa da, bəzi söhbətlərdə Azərbaycanınməşədilərölkəsi olması haqqında atmacalardan xəbər tuturdum. Təəssüf ki, belə bir cahil fikir daha çox sol dairələrdə yayılıb. Sağlar da Azərbaycandan öz bədii zövqlərinə uyğun şeirləri tapır təbliğ edirlər. Məhz belə yanaşmaya cavab olaraq mən, əsasən, sollardan ibarət olan bir auditoriyada çıxış edərək dedim:

Bəzi çevrələr Azərbaycan kültürünə yuxarıdanaşağı baxır, Azərbaycanıməşədilər məmləkətikimi düşünürlər. Amma AzərbaycanMəşədi İbadlarınməmləkəti deyil, “Məşədi İbadı yaradan dahi Üzeyir bəylər məmləkətidir”.

lll

 Nazım Hikmətin vəfatından bir neçə il sonra Parisdə siyasi mühacir kimi yaşayan rəssam Abidin Dino Bakıya gəldi. Bir günlüyə gəlmişdi. Məxsusi Zəkəriyyə Sərtəllə görüşmək üçün. Atam Bakıda yox idi. Abidinlə Moskvada görüşmüşdülər rəssam bir tablosunu Rəsul Rzaya hədiyyə etmişdi. İndi bu tablo atamgilin mənzilindədir. Atam mənə telefon etdi dedi ki, Abidin bəyi qarşılayım. A.Dinonu hava limanında Zəkəriyyə bəylə bir yerdə qarşıladıq, bütün günü bir yerdə olduq, Toğrul Nərimanbəyovun emalatxanasına getdik, nahar etdik. Bir müddət Zəkəriyyə bəylə Abidin bəyi tək qoydum ki, bəlkə məhrəm söhbətləri var. Axşamtərəfi isə Sərtəllə birlikdə A.Dinonu Moskvaya yola saldıq. Zəkəriyyə bəylə öpüşüb-görüşüb ayrıldılar yalnız Dino trapdan əl eləyib uçağa girəndən sonra Sərtəl hönkür-hönkür ağlamağa başladı. İndiyəcən onu soyadına uyğun çox sərt, mətin dözümlü adam kimi tanıyırdım, bu göz yaşları məni çox mütəəssir  elədi. Qocanı sakitləşdirməyə, ona təsəlli verməyə çalışırdım: – Bura da sizin vətəninizdir, – deyirdim. Bir qədər toxtayıb mənə baxdı: – xoşbəxt adamsınız, – dedi, – öz vətəninizdə yaşayırsınız.

Xoşbəxtliyin bir çox tərifi ola bilər. Bir vaxtGecə düşüncələrimdə yazmışdım:  “Xoşbəxtliköz vətənində yaşayıb özün olaraq qalmaqdır”. 

Kitabında Zəkəriyyə bəy xatırlayır ki, Nazımla Varşavada olarkən Türkiyənin məşhur opera solisti Leyla Gəncər orada qastrola gəlibmiş, Nazımla Zəkəriyyə bəy onun oynadığı tamaşaya gediblər, amma Nazım Leyla xanımla görüşməyə cəsarət etməyib. Leyla Gəncərimi, özünümü pis vəziyyətdə qoymamaq üçün. Sərtəl isə Gəncərə yanaşıb:

“-Leyla xanımdeyibdünən axşam təsadüfən sizi dinlədik. Köksümüz qabardı, sizi həm öz adımdan, həm Nazım Hikmətin adından ürəkdən təbrik edirəm.

Leyla xanım çaşıb qalıb:

Kimsiniz əfəndim?

Biz iki qürbət qurbanıyıq xanıməfəndi. Vətəndən uzaq Vətən özləmi içində yaşayan iki türkNazım Hikmət Zəkəriyyə Sərtəl.

Leyla Gəncərin cavabını gözləmədən ayrılıb uzaqlaşdım”.

Cəlayi-Vətən olanların gözlərindəki kədər, qəlblərindəki nisgil eynidir. Mühacirlərin mühacirət səbəbləri fərqli, daban-dabana zidd, əqidələri, ictimai baxışları müxtəlif ola bilərdərdləri, kədərləri, qəlblərinin qübarı eynidirVətən həsrəti.

...qəbiristanlıqda səssiz-səmirsiz ölüm

Mühacirlik ölümdən betərdir,

Ah gülüm, ah gülüm.

2012- 2014

 





14.07.2014    çap et  çap et