525.Az

“Qarabağ”ın bu futbolçuları “Qalatasaray”la oyunda iştirak etməyəcəklər


 

“Qarabağ”ın bu futbolçuları “Qalatasaray”la oyunda iştirak etməyəcəklər<b style="color:red"></b>

"Qarabağ"ın doqquz futbolçusunun "Qalatasaray"a qarşı keçiriləcək xeyriyyə oyununu buraxacağı dəqiqləşib.

525.az Qol.az-a istinadən xəbər verir ki, bunlar Marko Veşoviç, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev, Riçard Almeyda, Filip Ozobiç, Ramil Şeydayev və Musa Qurbanlıdır.

Marko Veşoviç və Marko Yankoviç Avro-2024-ün seçmə mərhələ matçları üçün Monteneqro millisinin heyətinə dəvət alıb. Digər oyunçular isə Azərbaycan yığmasına çağırılıblar.

Qeyd edək ki, martın 26-sı Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə göndəriləcək.

 





17.03.2023    çap et  çap et