525.Az

Bakıda 60 yaşlı qadını soydular


 

Bakıda 60 yaşlı qadını soydular<b style="color:red"></b> Bakıda quldurluq hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, İyulun 12-də N.Abdullayev küçəsində naməlum şəxs Bakı şəhər sakini 1954-cü il təvəllüdlü Göyçək Bayramovanı boyun nahiyəsindən vurub yerə yıxaraq qızıl boyunbağını götürüb qaçıb. Nizami RPİ 23-cü PB və PPXB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Cəmaləddin Qəmbərov tutulub.
 
Araşdırmalar davam etdirilir.
 





14.07.2014    çap et  çap et