525.Az

İsrail - Polşa oyunu azərbaycanlı hakimə tapşırılıb


 

İsrail - Polşa oyunu azərbaycanlı hakimə tapşırılıb<b style="color:red"></b>

Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda idarə edəcəyi ilk oyun bəlli olub.

525.az xəbər verir ki, 32 yaşlı hakim 6-cı qrupun İsrail - Polşa matçında iş başında olacaq.

Ona Pərvin Talıbov və ingiltərəli Daniel Robathan laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını digər ingiltərəli Con Brooks yerinə yetirəcək.

Qeyd edək ki, martın 22-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 6-cı qrupun matçları Polşada keçiriləcək.

 





18.03.2023    çap et  çap et