525.Az

Ermənistanda yanaraq ölən hərbçilərin komandiri həbs olunub


 

Ermənistanda yanaraq ölən hərbçilərin komandiri həbs olunub<b style="color:red"></b>

Ermənistanda məhkəmə yanaraq ölən hərbçilərin komandiri kapitan Yegiş Akopyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

525.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, kapitan Yegiş Akopyanın adı Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğınla bağlı cinayət işində hallanır.

Qeyd edək ki, bu il yanvarın 19-da Azad kəndindəki hərbi hissədə yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi həlak olub.

 





18.03.2023    çap et  çap et