525.Az

Seyf oğrusu yaxalandı


 

Seyf oğrusu yaxalandı<b style="color:red"></b> Bakıda içi pulla dolu seyf oğurlamış şəxs tutulub.

Lent.az-ın məlumatına görə, iyulun 13-nə keçən gecə Lökbatan qəsəbəsində yaşayan İlham Əliyevin evindən, içərisində 7800 manat olan dəmir seyf və mobil telefon oğurlanıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Yardımlı rayon sakini, 1994-cü il təvəllüdlü Neymət Əlişov tutulub.
 
Araşdırmalar davam etdirilir.
 





14.07.2014    çap et  çap et