525.Az

Yanvar-may ayları ərzində 30 min 900 nikah bağlanıb


 

Yanvar-may ayları ərzində 30 min 900 nikah bağlanıb<b style="color:red"></b>  “Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 30 min 900 nikah bağlanıb. Təxminən 5 min boşanma halı qeydə alınıb”.
 
Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova deyib. O bildirib ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin 5 ayı ərzində ölkə ərazisində boşanmaların və bağlanan nikahların sayında mühüm dəyişiklik yoxdur:

“2013-cü il yanvar-may ayı ilə 2014-cü ilin yanvar-may ayını müqayisə edəndə görürük ki, əhalinin hər 1000 nəfərinə düşən səviyyə dəyişməyib, eyni qalıb. Yəni hər 1000 nəfərə bağlanan nikah 7,9 faiz, boşanma isə 1,3 faizdir”.
 





14.07.2014    çap et  çap et