525.Az

Bağdadda Türkiyənin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək


 

Bağdadda Türkiyənin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək<b style="color:red"></b>

İraqın paytaxtı Bağdad şəhərində gələn həftə Türkiyə güc strukturu nümayəndələrinin iştirakı ilə beynəlxalq dialoq üzrə 5-ci konfrans keçiriləcək.

525.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, konfransda Türkiyə ilə yanaşı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Qətər, Səudiyyə Ərəbistanı və İordaniya güc strukturlarının nümayəndələri iştirak edəcək.

 





18.03.2023    çap et  çap et