525.Az

Türkiyədə müalicə alan daha bir qazimiz Vətənə geri qayıdıb


 

Türkiyədə müalicə alan daha bir qazimiz Vətənə geri qayıdıb<b style="color:red"></b>

Türkiyədə müalicə alan qazimiz Vahid İmanlı Taleh oğlu Vətənə geri qayıdıb.

Bu barədə "525.az"a "YAŞAT" Fondundan məlumat verilib.

Bildirilib ki, V.İmanlı 2 il müddətində Türkiyədə müalicə alıb. Fond tərəfindən müalicə xərcləri qarşılanıb.

Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

 





18.03.2023    çap et  çap et