https://525.az/img/pics/medium/2023-02/257600_xsjvxcskwq.jpg Azad edilmiş Laçında əsaslı quruculuq: Böyük Qayıdışın astanasında
https://525.az/img/pics/medium/2023-03/262582_r1fq53xpzz.jpg “525-ci qəzet”in 1 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-03/262449_3joceg87ty.jpg Sahibini "yaşadan" nömrələr və profillər - Şahanə Müşfiq yazır
https://525.az/img/pics/medium/2023-01/253347_cyxe3hjjpp.jpg Litva jurnalistinin 1990-cı il Naxçıvan müsahibəsi
search
31 Mart 2023

Avropa çempionatı: Azərbaycanın daha üç sərbəst güləşçisi yarımfinala yüksəlib

Avropa çempionatı: Azərbaycanın daha üç sərbəst güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın üç sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

525.az "Report"a istinadən xəbər verir ki, 74 kq-dakı Turan Bayramov, 92 kq-dakı Abdulcəlil Şabanov və 125 kq-dakı Vaxit Qalayev bu raundadək irəliləyib.

Bayramov finala gedən yolda Kristian Bironun (Rumıniya), Şabanov Andro Margişvilinin (Gürcüstan), Qalayev isə Solomon Manaşvilinin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.

61 kq-dakı Ayxan Abdullazadə və 86 kq-dakı Fərid Cabbarov ilk görüşlərində məğlub olublar. Onlar rəqibləri finala çıxsa, sabah təsəlliverici görüşə qatılacaqlar.

Bu gün, həmçinin, 65 kq-da Rəşid Babazadə, 70 kq-da Maqomed-Başir Xaniyev və 97 kq-da İslam İlyasov qızıl medal uğrunda mübarizə aparacaq. Onlar finalda, müvafiq olaraq, Xamzat Arsamerzoyev (Fransa), Hayk Papikyan (Ermənistan) və Oktay Çiftçi (Türkiyə) ilə güləşəcəklər. 57 kq-da Nurəddin Novruzov və 79 kq-da Səbuhi Əmiraslanov bürünc medal qarşılaşmalarına çıxacaqlar. 3-cü yer uğrunda görüşdə Novruzov Rafal Şevç (Polşa) / Edik Harutyunyan (Ermənistan) cütünün qalibi, Əmiraslanov isə digər Ermənistan təmsilçisi Narek Qriqoryanla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl qadın güləşçilərdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərindən isə Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş medala sahib çıxıb.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.