525.Az

Zelenski Bəşşar Əsədə 10 il müddətinə sanksiya tətbiq edib


 

Zelenski Bəşşar Əsədə 10 il müddətinə sanksiya tətbiq edib<b style="color:red"></b>

Ukrayna Prezidenti Volodimir Zelenski Suriyadakı rejimin başçısı Bəşşar Hafiz Əl-Əsədə 10 il müddətinə fərdi sanksiya tətbiq edib.

525.az “Report”a istinadən xəbər verir ki, uyğun sərəncam Ukrayna Prezidentinin saytında yayılıb.

Məlumata görə, Zelenski Əsədlə yanaşı, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə 300 fiziki və 141 hüquqi şəxsə sanksiya tətbiq edib. Bildirilib ki, onların 3-ü Suriya, 7-si İran və qalanları isə Rusiya vətəndaşlarıdır.

Bundan başqa, Suriyanın Baş naziri Hüseyn Arnus və ölkənin xarici işlər naziri Feysal əl-Mikdad da sanksiya tətbiq olunanlar siyahısındadır.

Qeyd edək ki, martın 14-də Bəşşar Əsəd Moskvaya səfəri zamanı Rusiyanın ilhaq etdiyi Ukrayna vilayətlərini federasiyanın əraziləri olaraq tanıyıb.

 





18.03.2023    çap et  çap et