525.Az

Zaxarova: Zelenskinin “sülh formulu” ultimatum tələblərindən başqa bir şey deyil


 

Zaxarova: Zelenskinin “sülh formulu” ultimatum tələblərindən başqa bir şey deyil<b style="color:red"></b>

Zelenskinin “sülh formulu” deyilən şeyin sülh ilə heç bir əlaqəsi yoxdur. Bu, Rusiyaya qarşı reallıqdan qopmuş ultimatum tələblərindən başqa bir şey deyil.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna XİN başçısı Dmitri Kulebanın çinli həmkarı ilə telefon danışığından sonra verdiyi "Ukraynada təcavüzü dayandırmaq və ədalətli sülhü bərpa etmək üçün Zalenskinin “sülh formulu” vacibdir" bəyanatına münasibət bildirərkən deyib.

"Ukraynanın ultimatumlu tələbləri arasında Rusiyanın regionlarından, "DXR", LXR" , Zaporojye və Xerson vilayətindən və hətta Krımdan qoşunların çıxarılması, təzminatların ödənilməsi və beynəlxalq tribunallara təslim edilməsi də var. Ukrayna “formulu”nun məqsədi Qərbin köməyi ilə Rusiyanın kapitulyasiyasına nail olmaqdır.

Maraqlıdır ki, nə bu “tvit”də, nə də başqa “post”da Kuleba danışıqlar masasına əyləşməyi təklif etmir. Nəzərinizə çatdırım ki, Rusiya ilə danışıqların aparılması qanunla-Zelenskinin 30 sentyabr 2022-ci il tarixli fərmanı ilə qadağandır.

Biz də öz növbəmizdə dəfələrlə bildirmişik ki, böhranın siyasi və diplomatik həlli üçün Qərbdən və Ukraynadan həqiqətən ciddi təkliflərə açığıq, lakin ultimatum dili bizim üçün qəbuledilməzdir", deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova Ukraynada davamlı sülhə nail olmaq üçün Rusiyanın şərtlərini də açıqlayıb:

•Ukraynaya silah və muzdluların göndərilməsinin dayandırılması,
• hərbi əməliyyatların başa çatması,
• Ukraynanın neytral qeyri-blok statusuna qayıtması,
• xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi nəticəsində yaranmış yeni ərazi reallıqlarının beynəlxalq səviyyədə tanınması.

Rusiya XİN rəsmi nümayəndəsi bildirib ki, davamlı sülhə nail olmaq üçün Ukraynanın demilitarizasiyası və denazifikasiyası həyata keçirilməli, onun ərazisindən gələn bütün təhdidlər aradan qaldırılmalı, onun qeyri-nüvə statusu və rusdilli əhalinin və milli azlıqların hüquqlarına riayət olunmasına təminatlar təmin edilməlidir. "Bunun ayrılmaz hissəsi beynəlxalq məhkəmələrdə Rusiyaya qarşı bütün qeyri-qanuni sanksiyaların və iddiaların ləğvi olmalıdır", - deyə rusiyalı diplomat əlavə edib.

 





18.03.2023    çap et  çap et