525.Az

"İctimai Müzakirə" adlı layihəyə start verilib


 

"İctimai Müzakirə" adlı layihəyə start verilib<b style="color:red"></b>

"Davam” Gənclər Hərəkatı və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi arasında imzalanan memoranduma əsasən, tərəflərin birgə təşkilatçılığı ilə “İctimai Müzakirə” adlı layihəyə start verilib. 

525.az xəbər verir ki, layihə çərçivəsində 17 mart tarixində “Heydər Əliyev İli”nə həsr olunmuş görüş baş tutub. Görüşdə Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili, media nümayəndələri və davamçılar iştirak edib. 

Görüş zamanı müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi, banisi olduğu dövlət gənclər siyasətinin ideoloji-siyasi konturlarının müəyyənləşdirilməsi istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımlar barədə müzakirələr aparılıb, gənclərin çoxsaylı sualları cavablandırılıb.

 





18.03.2023    çap et  çap et