525.Az

Xankəndi-Laçın yolunda etirazlar gecə saatlarında da davam edir


 

Xankəndi-Laçın yolunda etirazlar gecə saatlarında da davam edir<b style="color:red"></b>

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa ərazisindən keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası davam edir.

525.az xəbər verir ki, 97 gecədir aksiyaya fasilə verməyən eko-fəallar, vətəndaş cəmiyyətinin təmsilçiləri, könüllülər hazırda havanın qarlı, şaxtalı olmasına baxmayaraq etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır. Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) əraziyə cəlb edilmiş hərbçiləri və polislər aksiya iştirakçılarının təhlükəsizliyini yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb. Rusiya sülhməramlılarının nəzarətindəki yolun Şuşadan keçən hissəsində davam edən etiraz aksiyasında azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin əsas tələbləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması, RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılmasıdır.

Loğman Avaz

 





18.03.2023    çap et  çap et