525.Az

60 nömrəli məktəbdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib


 

60 nömrəli məktəbdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib<b style="color:red"></b>

Martın 17-də Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.

Tədbirlərdə xalqımızın qədim tarixini əks etdirən, adət-ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında geniş məlumat verilib. Bildirilib ki, Novruz sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısıdır.

Tədbirdə çıxış edən Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbin direktoru, biologiya elmləri üzrə fəlsəfə doktoru Emilya Səfərəliyeva deyib ki, dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaradıb və bu ənənələri nəsildən-nəsilə ötürüblər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaradıb. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşıb. Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədim olan  bayramlarındandır: “Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır, uşaqlar novruzgülü dərmək üçün dağlara, yamaclara, meşələrə üz tuturlar. bayramın gəlişi ilə qız-gəlinlər milli adət-ənənəyə uyğun olaraq libaslar geyinir, evlər bəzədilir, palaz-paltar yuyulur, həyət-baca süpürülərək təmizlənir. Təbii ki, axşam vaxtı qaranlıq düşəndə bütün el-obada tonqallar qalanır. Tonqalların üstündən hər kəs ənənəyə uyğun olaraq üç dəfə hoppanmaqla köhnə ilin azar-bezarını elə köhnə ildə də qalmasını arzulayır. Xalqımızın qədim tarixini əks etdirən, adət-ənənələrimizi özündə birləşdirən Novruz bayramı azərbaycan xalqının milli-mənəvi dəyərlərindəndir. Milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması vər bir Azərbaycanlının ən ümdə vəzifəsidir”.

Məktəbin 4 N sinfinin sinif rəhbəri Ofeliya Məmmədova qeyd edib ki. Novruz Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır. Dolayısı ilə Novruz ənənəsini davam etdirən hər kəs mədəniyyət daşıyıcıları olmaqla yanaşı, ortaq dəyər kimi bu ənənələri qoruyurlar. Novruz, xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, adət-ənənələrimizin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramıdır: “Hər il rəhbəri olduğum sinfin şagirdləri Novruz bayramına xüsusi olaraq hazırlaşırlar. Bu il də şagirdlərim Novruz bayramına xüsusi hazırlaşıblar, Novruza aid mahnılar, şeirlər, rəqslər, maraqlı səhnəciklər hazırlayıblar”.

 

4 N sinfinin valideyni Zəhra Qəhrəman bildirib ki, Novruz tədbirinə məktəb tərəfindən xüsusi olaraq hazırlıqlar görülüb. Mənəvi dəyərlərimizi xüsusi stendlər və guşələr hazırlanıb. Xalqımızın adət-ənənələrinin əks olunduğu rəsmlər nümayiş etdirilib. Novruz bayramının tarixi, Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında geniş məlumat verilib. Bildirilib ki, Novruz sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısıdır.

 

 

Sonra tədbir bəddi hissə ilə davam edib. Şagirdlərin ifasında milli rəqslər, şerlər, Kosa və Keçəlin məzəli əhvalatları, Bahar qızın gəlişi tədbiri maraqlı edib.

4 N sinfinin şagirdlərinin hazırladıqları xalq oyunları, ifa etdikləri milli rəqslər tədbirə xüsusi rəngarənglik qatıb.

 

 

 

 





18.03.2023    çap et  çap et